Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Macarıstanın səfirliyi ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlıq



“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə Macarıstanın Bakıdakı səfirliyi birgə sosial layihə gerçəkləşdirəcək.

Cebhe.info xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Qurum rəsmisi bildirib ki, 2018-ci il martın 15-də saat 15:00-da Macarıstanın Bakıdakı Səfirliyinin təşkilatçılığı və “Bakı Metropoliteni” QSC-nin dəstəyi ilə “Macar şairi Şandor Petöfinin əsərləri” adlı sərginin təqdimatı olacaq:

“Təqdimat mərasimi Bakı metropoliteninin «Memar Əcəmi» (Bənövşəyi xətt) stansiyasının vestibülündə keçiriləcək. Sərgidə 1848-1849-cu illərdə Macarıstanda baş vermiş inqilab və macar xalqının azadlıq mübarizəsinin 170-ci ildönümü münasibətilə Şandor Petöfinin ədəbi yaradıcılığı nümayiş olunacaq. Sərginin təşkil olunmasının əsas məqsədi Bakı metropolitenindən istifadə edən sərnişinlərə Macarıstan tarixinin və şairin həyatının həlledici dövrünü təqdim etməkdir.

Təqdimat mərasimində Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət təhlükəsizlik siyasəti və beynəlxalq əlaqələr üzrə katibi İştvan Mikola, Macarıstanın Bakıdakı səfiri səlahiyyətli səfiri və “Bakı Metropoliteni” QSC-nin əməkdaşları iştirak edəcəklər”.

Qeyd edək ki, Şandor Petöfi 170 il əvvəl - 1848-ci il martın 15-də başlamış inqilabın liderlərindən biri olub. O, azadlıq uğrunda mübarizə apararaq döyüş meydanında həlak olub. Şandor Petöfinin həyatının və yaradıcılığının müxtəlif məhsuldar dövrlərini və onun azadlıq arzularını əks etdirən seçilmiş 12 əsəri Azərbaycan dilinə tərcümə edilərək sərgidə yer alıb.

Nəsimi Paşayev onu da əlavə edib ki, Yaşıl və Bənövşəyi xətlər üzrə hərəkət edən 3 qatarın vaqonlarında Şandor Petöfi poeziyasından iki nümunə 2 həftə ərzində nümayiş olunacaq. Kütləvi və elektron informasiya vasitələrinin nümayəndələrini böyük məmnuniyyətlə sərginin təqdimatına dəvət edirik.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений