Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Malayziya yenidən Pxenyanda səfirlik açacaq



Malayziya Şimali Koreyada ölkə səfirliyinin fəaliyyətini bərpa etmək niyyətindədir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Malayziyanın baş naziri Mahathir Mohamad "Nikkei Asian Review" nəşrinə müsahibəsində bildirib.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər 2017-ci ilin fevral ayında Kuala Lumpur hava limanında KXDR vətəndaşının qətlə yetirilməsindən sonra pisləşib. Həmin zaman Cənubi Koreya tərəfi xüsusi xidmət orqanlarına istinadən qətlə yetirilən şəxsin Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Nam olduğunu bildirmiş və qətlə görə KXDR tərəfini ittiham etmişdi.

Diplomatik qalmaqal fonunda KXDR-də Malayziya səfirliyinin fəaliyyəti, demək olar ki, dayandırılmışdı.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений