Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Manata inam geri qayıdır? - İlginc gəlişmə



Mərkəzi Bankın məlumatına görə, avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 6 milyon 860 min 7 manat olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əmanətlərin 73,4 faizi xarici, 26,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 21 faiz artıb, xarici valyutada əmanətlər isə 20,5 faiz azalıb. Maraqlıdır, manata inamın bərpa olunmasını nə ilə əlaqələndirmək olar?

İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, milli valyutada olan əmanətlərin həcminin artmasının əsas səbəbi məzənnənin sabit olmasıdır: 

“Fevral ayından etibarən manatın məzənnəsində stabillik müşahidə olunur. Bu isə manatla yığımlarda marağın artmasına gətirib çıxarır. Son aylar milli valyutanın stabil olması, manatla yığımlara marağı artıran əsas səbəbdir. Bu özünün eyni zamanda depozitlərini valyuta strukturunda göstərməkdədir. Təbii ki, milli valyutada olan əmanətlərin həcminin artmasında yeganə səbəb manatın məzənnəsinin stabilliyi  deyil. Bununla yanaşı, əsas səbəblərdən biri ondan ibarətdir ki, manatla mənfəət dollarla müqayisədə daha yüksəkdir. Əgər milli valyutada olan qorunan əmanətlər üzrə faiz dərəcəsi 15 faizdirsə, dollarla olan əmanətlərdə sığortalanma 3 faizdir. Eyni zamanda kommersiya banklarının da xarici valyutada olan əmanətlərə verdiyi divident faizi də azdır. Bəzi hallarda 1, bəzi hallarda isə 2 faiz xarici valyutanın divident əldə etməsi müşahidə olunur. Bu da xarici valyutada dividentlərin saxlanmasına marağın azalmasına gətirib çıxarır. Manatla daha çox dividentin verilməsi nəticə etibarilə milli valyutada yığımlara marağın artmasına səbəb olur. 

Divident faizləri arasında fərq manata marağın artmasını şərtləndirən səbəblərdən biridir”.

Ekspertin qənaətincə, əgər növbəti dövrlərdə manat stabil qalarsa, eyni zamanda manatla depozit faizləri yüksək olarsa, manatla yığımlara marağı daha da artıra bilər:

“Statistika göstərir ki, hələ də yığımların böyük əksəriyyəti xarici valyutada saxlanır. Bu baxımdan güman olunur ki, yaxın dövrlərdə də xarici valyutadakı yığımlar üstünlük təşkil edəcək”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений