Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Manatın taleyini neft həll edəcək: Daha 2 il məzənnə…



Növbəti iki il üçün manatın məzənnəsi açıqlanıb. Belə ki, "Fitch" beynəlxalq reytinq agentliyi qrupuna daxil olan "BMI Research" araşdırma şirkəti Azərbaycanda növbəti iki il üçün manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb.

Şirkətin Azərbaycanla bağlı hazırladığı “Ölkə üzrə risk” adlı proqnoz hesabatında qeyd olunub ki, 2018-ci ildə Azərbaycanda dolların manata qarşı məzənnəsinin 1,73 manat səviyyəsində olacağı proqnozlaşdırılır. Həmçinin bildirilir ki, 2019-cu ildə dolların manata qarşı məzənnəsinin 1,71 manat səviyyəsində olacağı gözlənilir.

Maraqlıdır, manatla bağlı qeyd olunan məzənnəni qoruyub saxlamaq mümkün olacaqmı?

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə deyib ki, manatın məzənnəsi ilə bağlı müzakirələr davamlı olaraq diqqət mərkəzindədir: “Hər zaman qeyd etmişik ki, hazırkı situasiyada məzənnəni aşağı çəkəcək hər hansı faktorlar müşahidə olunmur. Burada əsas faktor, baxmayaraq ki, iqtisadiyyat şaxələndirilib, ixracın 90 faizi hələ də neftdən asılıdır. Burada neftin qiyməti manatın məzənnəsində əsas rol oynayan amildir. Neft qiymətləri büdcədə 45 dollar nəzərdə tutulsa da, “qara qızıl” faktiki olaraq dünya bazarında  60-65 dollar civarında satılır. Bu da büdcədə nəzərdə tutulandan 25 faiz çox deməkdir. Belə bir şəraitdə nə xarici ticarət saldosunda, nə də qonorar balansında neqativ istiqamətli iki-üç  saldoların yaranması ehtimal görünmür.

Bu isə manatın məzənnəsini hazırda ilkin qorunmasına şərait yaradır. Eyni zamanda digər bir məqama toxunmaq lazımdır ki, 2018-ci il üzrə dövlət büdcəsi hazırlanarkən Neft Fondundan ayrılan vəsaitlərin həcmi ötən illə müqayisədə 50 faiz civarında artıb.  Bu da valyuta bazarında yaranan tələbin təkmilləşməsinə təsir göstərəcək. Baxmayaraq ki, Mərkəzi Bank manatın uçot dərəcəsinə dəyişiklik edib, amma yenə də sərt pul siyasətini davam etdirir. Bu da məzənnə üzərində yarana biləcək risklərin nəzarətdə saxlanılmasına imkan verəcək”.

Ekspertin fikrincə, valyuta bazarında əlavə dəyişikliyin baş verməsi inandırıcı görünmür: “2017-ci ildə dünya bazarında ABŞ dolları digər dünya valyutalarına nisbətən ucuzlaşdı. Belə bir şərait  manatın dollar qarşısında  məzənnəsinə müsbət təsir göstərəcək. Əgər Mərkəzi Bankın dediyi kimi manat üzən məzənnə rejimində olsaydı, o zaman 2017-ci ilin 4-cü rübündə manatın dollar qarşısında möhkəmlənməsinə şahidlik edəcəkdik. Bu da növbəti dövrlərdə manatın möhkəmlənməsinin qarşısını alacaq amilə çevriləcək. Manatın möhkəmlənməsinin qarşısının alınması da növbəti dövrlərdə valyuta bazarında müşahidə oluna biləcək voloterliyi zəiflədir. "Fitch" beynəlxalq reytinq agentliyi qrupuna daxil olan "BMI Research" araşdırma şirkətinin proqnozu ilə razıyam. Təbii ki, 1-2 faiz aşağı-yuxarı dəyişiklik mümkündür. 2018-ci ildə məzənnə 1.70 civarında qalacaq. Amma yenə də məzənnə neft bazarında baş verən dəyişikliklərdən asılı olacaq”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений