Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mariya Zaxarova: "Prezident seçkiləri Azərbaycanın daxili işidir"



Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibət bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə erməni jurnalistin Azərbaycanda prezident seçkilərinin vaxtının irəli çəkilməsinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsiri barədə danışarkən bildirib ki, Azərbaycanda prezident seçkiləri bu suveren dövlətin daxili işidir: 

“Seçkilərin motivasiyası, formatı və səbəbləri ilə bağlı ilk növbədə Azərbaycan hökumətinə müraciət edilməlidir. Azərbaycan hökuməti də bunu artıq şərh edib”. 

Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений