Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Maşın vuran piyada xəstəxanaya gedərkən yolda öldü - VİDEO



Gəncədə piyada vurulması qeydə alınıb.

ARB TV xəbər verir ki, Gəncə-İmamzadə avtomobil yolunun 2-ci kilometrliyində Samux rayon sakini, 31 yaşlı Sabir Məmmədov idarə etdiyi “VAZ 2106” ilə hərəkətdə olarkən yolu keçmək istəyən həmyerlisi, 38 yaşlı Elnur Quliyevi vurub.

Sürücü xəsarət alan piyadanı xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Hadisə Şahidi: “Yolda durmuşdum. Gördüm ki, maşın vurdu. Biz də köməklik etdik apardıq xəstəxanaya”.

Hadisəni törədən “VAZ”-ın sürücüsü saxlanılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений