Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Maşınların VİN nömrəsini internetdə kim yayır: DYP “bizdən çıxmayıb” deyir



Son günlər Android sistemli telefon istifadəçiləri arasında yeni proqram populyarlaşıb. Proqram artıq 10 mindən çox cihaza yüklənib. 

Cebhe.info xəbər verir ki, "Avtomobil nömrələri üzrə informer" adlanan proqramın köməyilə Azərbaycandakı nəqliyyat vasitələri haqda müəyyən məlumat öyrənmək olur. Bu zaman həmin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nömrəsindən istifadə edilir. 

Məsələn, 13-AA-001 (şərti  olaraq - red) yazdıqda, həmin avtomobilin markası, modeli, ili, mühərrikinin həcmi, VİN nömrəsi ekranda görünür. 

Bəzən isə, mühərrikin nömrəsi də göstərilir. İnternetdə məşhurlaşan avtomobillərin fotoları da proqram vasitəsilə yüklənilib. Proqram sizə icazə verir ki, hər hansı avtomobilin fotosunu çəkib məlumat bazasını zənginləşdirəsiniz. 

İşin maraqlı tərəfi avtomobillər haqqında bu qədər məlumatın haradan əldə olunmasıdır. 

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin fikrini öyrəndik. 

Kamran Əliyev Cebhe.info-ya bildirdi ki, məlumatı müxtəlif  mənbələrdən əldə etmək mümkündür:

"Bu məlumatı sığorta şirkətləri də verə bilər. Maşınların nömrəsi, VİN nömrəsi onlarda da olur. Yol polisindən belə informasiyanın çıxması və yaxud da harasa verilməsi mümkün deyil. Ancaq hansısa sığorta şirkəti öz şirkətində sığortalanan müəyyən avtomobillərin məlumatını verə bilər. Yol polisi informasiyanı heç yerə vermir. Bu məlumatlar İcbari Sığorta Bürosunda da var. Orada avtomobilin nömrəsini yazanda, avtomobilin markası və hansı sığorta şirkətində sığortalandığı barədə informasiya verir. Haqqında danışdığınız proqramda ad, soyad çıxmırsa, kim bilər ki, hansı VİN nömrəli maşın kimə məxsusdur? Ona görə də orada “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, nömrəyə görə avtomobilin sahibini müəyyən etmək olmur. Bu VİN nömrəsi də heç kəsə heç nə vermir". 

Məcid Həsənli 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений