Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Media etikasına əməl edilmir" - Qulu Məhərrəmli



Bir neçə gün öncə Respublika Narkoloji Mərkəzində yanaraq ölən insanların fotoları açıq kontekstdə mətbuatda yayımlandı, sosial şəbəkələrə də yol açdı. Bu isə heç də birmənalı qarşılanmayıb. 

Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi Qulu Məhərrəmli Cebhe.info-ya açıqlamasında fotoların bu formada yayımlamaq jurnalistika etikasına zidd olduğunu deyib:

“Mən hesab edirəm ki, meyitlərin şəkillərini o tərzdə yayılması doğru deyil. Onsuz da insan ölüb. Onun hansı formada yanmağı, nə vəziyyətə düşməyini yayımlamaq olmaz. Nəticə odur ki, bu insanlar yanğın zamanı həlak olublar. Heç bir etik qaydalara əməl olunmur. Ona görə də, məhz buna görə həmin şəkilləri çox sərbəst şəkildə yayırlar. Hesab edirəm ki, media etikası baxımından şəkillərin o cür yayımlanması doğru deyil. Belə bir qayda var və bu qayda bir çox beynəlxalq jurnalistika təşkilatlarının peşə etikası kodekslərində, eləcə də, bir sıra beynəlxalq təşkilatların jurnalist fəaliyyətinə dair qəbul etdiyi tövsiyyə xarakterli qətnamələrdə öz əksini tapıb. Avropa Şurası Parlament Assambleyasının, YUNESCO-nun qəbul etdiyi müəyyən tövsiyyə xarakterli sənədlərdə də bu məqam öz əksini tapıb”.

Aytən Həsənova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений