Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Məhəmməd Peyğəmbəri təhqir etdi: Kəndi yandırıldı



Banqladeşdə sosial media vasitəsilə Məhəmməd Peyğəmbərin təhqir edildiyi barədə məlumat alan 20 min insan bir hindu kəndini yandırıb.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, iddiaya görə, Banqladeşdə yerləşən Takurbari adlı kənddə bir nəfər Facebook paylaşımında Məhəmməd Peyğəmbəri təhqir edib. 

Bundan qəzəblənən müsəlman əhali kəndə yürüş edib. Təxminən 20 min nəfər müsəlman hindu kəndində yaşayış yerlərini yandırıb.

Təhlükəsizlik qüvvələrinin hadisə yerinə gəlməsilə etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Hamidul İslam adlı bir nəfər polis tərəfindən öldürülüb.

Qəzəbli izdiham daha sonra Rangpur-Dinajpur avtomobil yolunu 4 saat müddətində bağlı saxlayıb. 

Məcid
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений