Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Məhəmməd peyğəmbərin həyat tərzi barədə bilmədikləriniz



Məhəmməd peyğəmbərin etdiyi bir sıra əməllər sonradan adət-ənənəyə çevrilib. Lakin onlar arasında unudulan adət-ənənələr də var

Cebhe.info Məhəmməd peyğəmbərin unudulan adət-ənənələri haqqında məlumatları təqdim edir:

Məhəmməd peyğəmbər su içərkən oturar və onu 3 qurtuma bitirərdi.

Hər zaman sağ böyrü üstə yatardı.

Cənazə evinə yemək göndərərdi.

Ölüm ayağında olanlara su içirərdi.

Bığları qaş qədər uzadardı.

Köynəki aşağıdan yuxarıya düymələyər, yuxarıdan aşağıya doğru isə açardı.

Gündə iki dəfə yemək yeyərdi.

Qozu pendir, üzümü isə çörəklə yeyərdi ki, şəfalı olsun.

Suyu içməzdən öncə bissimillah deyərdi.

Yeyərkən gözəl hadisələrdən bəhs edərdi.

Yemək yeməyə duzla başlayardı.

Asqırarkən Əlhəmdüllah, kimdənsə eşidərkən isə Yerhamükeallah deyərdi.

Meyvə və səbzələrin 20-də birini kasıblara verərdi.

Biri çağırdıqda ona doğru bütün bədəni ilə çevrilərdi.

Çimdikdən sonra çıxarkən ayaqlarını bir də yuyardı.

Dəstəmaz aldıqdan sonra qibləyə dönər və su içərdi.

Dırnaqlarını cümə günü kəsərdi.

Dırnaq kəsməyə şəhadət barmağından başlayardı.

Ayaqqabısını geyməzdən öncə tərsinə çevirər, içini çırpdıqdan sonra ayağına keçirərdi.

Yolda başı önə əyilərək gəzərdi.

Qəbir üzərinə su tökərdi.

Namazda sol ayaq üstdə dayanar, sağı diriyərdi.

Azan oxunarkən qalxardı.

Məzarlıqdan keçərkən salam verərdi.

Yemək süfrəsinə hər zaman sirkə qoyardı.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений