Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Məhərrəmlikdən sonra: Evlilərə "toy tutan" TOY QİYMƏTLƏRİ



Müsəlman təqvimi ilə Məhərrəm ayı artıq bitib. Bu da o deməkdir ki, Azərbaycanda yenidən toylara, el-şənliklərinə start veriləcək. 

Hər bir dövrdə Azərbaycandakı toy mərasimləri özünün ağırlığı ilə seçilib. Bəzən bizə elə gəlir ki, bu ənənə yaxın keçmişdə nisbətən yüngül olub. Amma belə deyil. Qız evinin cehiz hazırlığı, oğlan evinin aldığı pal-paltar, zinət əşyaları, toya çəkdikləri xərclər, dəvət olunan qonaqların verdiyi nəmərlər, təzə əlbisələr və sair kimi adət-ənənələr uzun illərdir ki, davam edir və bu gün daha dəbdəbəli halını yaşayır. Zamanın bütün dövrlərində toyların insanlarda yaratdığı narahatlıq müzakirə mövzusu olub. Nə yazmaqla, nə bəyanatlarla, nə də inzibati yolla toy israfçılığından xilas olmaq mümkün deyil. Hazırda böyük toy biznesi daxili ticarət dövriyyəsində əhəmiyyətli yeri tutub. Toy mövsümündə əlaqəli sahələrdə çalışan hər bir sahibkar gəlir götürməyə çalışır.

Son vaxtlar tez-tez səslənən neftin ucuzlaşması, manatın devalvasiyası, gəlirlərin azalması, iqtisadi aktivliyin aşağı düşməsi, xərclərə qənaət kimi məsələlər toy bazarına az da olsa təsir edib. Amma əfsuslar olsun ki, orta statistik azərbaycanlı övladına toy edirsə, bunu bütün təmtərağı ilə həyata keçirir. Hətta "qonşudan qalma geri” prinsipini əsas tutaraq, borca girir, yaxud bankdan kredit götürüb, Röya, Aygün Kazımova və ya Nazənin, Rəqsanə kimi müğənniləri də toyuna gətirib, oxutdurur...

Maraqlıdır, görəsən, Məhərrəm ayı bitdikdən sonra paytaxt restoranlarında qiymət dəyişikliyi olubmu? Ümumiyyətlə, toy edənlərin sayı azalıbmı? 

Cebhe.info əməkdaşının əlaqə saxladığı bir neçə şadlıq evinin administratoru da təsdiqlədi ki, qiymətlərdə devalvasiyadan əvvəlki vaxtla müqayisədə fərqlər var. Yəni qiymətlər artıb. 

Qiymət artırmayan restoranlar isə bəzi pulsuz xidmətləri ləğv etmək məcburiyyətində qalıb. Toy etmək istəyənlərin sayında müşahidə olunan azalma restoran sahiblərini də hərəkətə gətirib. 

Menyuda qiymət artımı qaçılmaz olub. Oxucularımıza bir neçə şadlıq sarayının “ceyran belinə qalxan”qiymət siyahısını təqdim edirik:

“Monte Karlo” şadlıq sarayında menyu qiyməti: 

55-88-120 AZN (qonaq sayına və mövsümə görə endirim)
Zallar: VİP, Antik və Korona Zal
Ödənişsiz sifarişlər: Video kamera, (HD-PTS), Dəvətnamə, rəqs qrupu (Aş təqdimatı), Çox mərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet
Sifarişlə: Musiqi ansamblı, aparıcı, populyar müğənnilər, şar və zər yağışı, atəşfəşanlıq, bəy-gəlin maşını

“Xəmsə” şadlıq sarayında menyu qiyməti: 

32-34-50 120 (qonaq sayına və mövsümə görə endirim)
Zallar: Avropa zalı, VİP zalı, Şou zalı, kiçik zal, banket zalları
Ödənişsiz xidmətlər: Musiqi ansamblı, tamada, populyar müğənnilər, video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet, bəy-gəlin maşını.

“Kəmalə Nərmin” şadlıq sarayında Menyu qiyməti: 28-30-33-35 (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Kəmalə zalı, Nərmin Zalı
Ödənişsiz xidmətlər: Musiqi ansamblı, tamada, populyar müğənnilər, video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet, bəy-gəlin maşını.

Neolit restoranında menyu qiyməti: 55-60-65 (qonaq sayına və mövsümə görə endirim)

Zallar: “Toy” zalı, “Şərq” zalı, “Antik” zal, “Club 111”, Şou zalı
Sifarişlə: Musiqi ansamblı, populyar müğənnilər, video-çəkiliş (HD/kranla).

"Lido” restoranında menyu qiyməti: 35-40 AZN

Zallar: Böyük zal, kiçik zal
Ödənişsiz servislər: video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet.

“Sarı gəlin” şadlıq sarayında menyu qiyməti: 55-85-130 (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Böyük zal, kiçik zal
Ödənişsiz xidmətlər: video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, tort, şampan şəlaləsi, Foyedə bar və furşet.
Sifarişlli xidmətlər: Musiqi ansamblı, aparıcı, müğənnilər, şar və zər yağışı, atəşfəşanlıq, bəy-gəlin maşını.

“Palma Palace” şadlıq sarayında menyu qiyməti: 27-30 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: VİP Zal - 200-500 nəfər, Kiçik Zal - 50-250 nəfər
Ödənişsiz servislər: Musiqi ansamblı, aparıcı, müğənnilər, video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, beşmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet, bəy-gəlin maşını, dekorasiya.

“Flaminqo” restoran və şadlıq sarayında menyu qiyməti: 40-50 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Böyük zal, Kiçik zal, açıq havada restoran
Ödənişsiz servislər: Musiqi ansamblı, tamada, müğənnilər, video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet, bəy-gəlin maşını.

“Oazis” restoran və şadlıq sarayında menyu qiyməti: 40-50 AZN qonaq sayına və mövsümə görə endirim)

Zallar: Toy zalı - 200-700 nəfər

“Kral” şadlıq sarayında menyu qiyməti: 110-130-150-170 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Böyük Zal
Ödənişsiz servislər: Tort, foyedə bar və furşet
Sifarişlə: Musiqi ansamblı, aparıcı, müğənnilər, video DV CAM (PTS/kranla), dəvətnamə, rəqs qrupu.

“Yeganə” şadlıq sarayına menyu qiyməti: 55-80-120 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Banket zalı, Xan zalı, Şah zalı, Padişah zalı
Ödənişsiz servislər: Musiqi ansamblı, tamada, müğənnilər, video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet, bəy-gəlin maşını.

"Xudafərin" şadlıq sarayında menyu qiyməti: 35-40-45 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Ankara zalı, Təbriz zalı, Araz zalı, Palas zalı, Bakı zalı
Ödənişsiz servislər: Musiqi ansamblı (razılaşma ilə), video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet.

"Su Sonası" şadlıq sarayında menyu qiyməti: 90 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Böyük zal
Ödənişsiz sifarişlər: Musiqi ansamblı (razılaşma ilə), video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet.

“Monte Kristo” restoranında menyu qiyməti: 110-130 AZN (qonaq sayına və mövsümə görə endirim)

Zallar: Şərq zalı, Qraf zalı
Sifarişlə: Musiqi ansamblı (razılaşma ilə), video kamera (PTS/kranla), dəvətnamə, rəqs qrupu, mələklər, şar və zər yağışı, atəşfəşanlıq, çoxmərtəbəli tort, şampan şəlaləsi, foyedə bar və furşet. 

Gördüyünüz kimi, devalvasiyadan sonra toy biznesi zəifləsə də, restoranlar qiymətlərdə endirim etməyib.Vətəndaşların aylıq gəlirini nəzərə alsaq, demək olar ki, bir çox şadlıq saraylarına yaxın düşmək mümkün deyil. Bizə isə yalnız, “Həmişə şadlıqda!” demək qalır...

Aytən Həsənova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений