Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Mehriban Sadıqova AXCP-yə qoşuldu - VİDEO



Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sıralarına qoşulanların sayı günü-gündən artır. Cəmiyyətdə insan haqlarına önəm verən, demokratiya tərəfdarı olan fəallar AXCP ətrafında birləşir. 

Cebhe.info xəbər verir ki, Mehriban Sadıqova da təmsil olunduğu partiyadan ayrılaraq AXCP sıralarına qoşulub. “Mən uzun müddət idi ki, Demokratik Azərbaycan Dünyası Partiyasında (DADP) idim. Partiyadan olan abu-hava məni partiya sıralarından ayrılmağa sövq etdi. Bundan sonra özümü demokratik ənənələri davam etdirən AXCP-də görmək istədim. Mənə elə gəlir ki, burada yüksək nəticələr əldə edə bilərəm”,- deyə Mehriban Sadıqova Talk TV-yə müsahibəsində bildirib. 

M.Sadıqova AXCP-ni seçdikdən sonra təzyiqlərin olacağını bildiyini, ancaq yolundan dönməyəcəyini vurğulayıb. 

Xanım siyasi fəal gələcək planlarından da danışıb: “Partiya ilə birlikdə ilk növbədə ölkədə baş verən proseslərə münasibət bildirməyə üstünlük verərdim. Azərbaycan qadınlarının cəmiyyətə inteqrasiyasında, işsiz qadınların problemlərinin həllində, qadınların pozulan hüquqlarının bərpasında iş birliyimiz daha uğurlu alına bilər”. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений