Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Məktəbin SON, həyatın İLK zəngi: REPORTAJ



Bu gün Azərbaycanın orta məktəblərində "Son zəng" çalınır və məktəbi bitirmək şagirdlər üçün müstəqilliyə doğru atılan addım sayılır. "Son zəng" gələcəyin məsuliyyətli mərhələsinə girişdir. Şagirdlər “Son zəng”ə həftələr və hətta aylar əvvəl hazırlaşmağa başlayır və unudulmaz gün olmasını istəyirlər. 

Cebhe.info olaraq Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbdə keçirilən "Son zəng"i izlədik. Bu günün ən həyəcanlı şəxsləri şagirdlər olmaqla yanaşı həm də valideynlər idi. Kimi uşaqlarının paltarlarını düzəldir, kimi sadəcə qıraqdan baxıb gülümsəyir, kimi isə gözü dolmuş halda elə kənarda dayanmışdı. 

Bu gün doğma məktəbi ilə vidalaşacaq şagirdlər isə bir yerdə şəkillər çəkdirir, söhbət edir, sevinir və qarşıda onları nələr gözləyəcəkləri, arzuları barədə bir-birləri ilə söhbətləşirdilər.

“Son zəng” günü şagirdlər, valideynlər kimi müəllimlər və məktəb kollektivi də həyəcanlıdır. Onlar bayramın yadda qalması, unudulmaz olması üçün səy göstərirlər.

11-ci sinif şagirdləri sevinc və həyəcanlarını Cebhe.info ilə bölüşüblər.

Abdullazadə Ülkər:
“Məktəbi qurtarmağıma bir tərəfdən sevinirəm ki, universitetə girəcəm. Ancaq ona görə pis oluram ki, 2 il bu məktəbdə oxusam belə uşaqlarla çox yaxın, doğma olmuşdum. İstəyərdim ki, elə universitetdə də birgə oxuyaq. Amma biz hamımız bir yerə vermirik, buna görə də inanmıram ki, bu baş verə bilsin”.

Becanov Cavid: 
“Çox sevinirəm ki, məktəbi qurtarıram. Bir tərəfdən də heyfislənirəm ki, 11 illik uşaqlarla vidalaşıram. Düzdür, 11 ildir tanımıram onları, ancaq çox yaxşı uşaqlardır, hamısının xətrini çox istəyirəm”.

Həmidova Fidan: 
11 ildir ki, bu məktəbdə təhsil alıram. 9-cu sinifə qədər başqa uşaqlarla oxusam belə indiki sinif yoldaşlarıma çox alışmışdım. Düzü, çox pis oluram ki, artıq bu məktəbdə parta arxasında oturmayacağıq. Ancaq 11 il çəkdiyimiz əziyyətlərin bəhrəsini görmək üçün doğma məktəbimizlə vidalaşmalıyıq”.

Cebhe.info olaraq bu gün məktəblə vidalaşacaq olan şagirdləri təbrik edir, onlara uğurlar arzu edirik. “Son zəng” son yox yeni başlanğıclardır.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений