Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Məktəblilər üçün “Ölkəmizi tanıyaq” layihəsi davam edir



Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan məktəblilərin “Ölkəmizi tanıyaq” devizi ilə növbəti maarifləndirici tur-aksiyaları təşkil olunacaq.

“Qafqazinfo” xəbər verir ki, aksiya çərçivəsində Nəsimi rayonundan olan 40 nəfər məktəbli cənub bölgəsinə səfər edəcəklər.

Məktəblilərin Lənkəranda Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyaları və sitrus meyvə bağlarına, Masallıda Viləşçay su anbarına, Astarada Yanar Bulağa, Astara çay fabrikinə ekskursiyaları təşkil olunacaq. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkərinə, Bayraq Meydanına, muzeylərə, Olimpiya İdman Komplekslərinə və digər tarixi yerlərə də səfərləri təşkil olunacaq.

Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər  təyin olunub, şagirdləri müşayət edəcək müəllim və həkim heyəti seçilib. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən olunub, qrup nəqliyyat vasitəsi ilə təmin olunub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений