Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Məktəblilərin ekoloji tərbiyəsi: Tədbir keçirilib



Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məktəblilərin ekoloji biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icra planına uyğun olaraq sonuncu, dördüncü tədbirini həyata keçirtmişdir.

Tədbir 5 iyun 2018-ci il tarixində Səlyan rayonu inzibati ərazi dairəsinə daxil olan Şorsulu  kənd Ümumi Orta Məktəbdə baş tutmuşdur. “5 iyun Ümumdünya Ətraf Mühit Günü”nün qeyd olunması 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında elan edilib və hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü kimi qeyd edilir. 
       
Tədbirdə məktəb direktoru Quliyev Emin müəllim başda olmaqla 15 nəfər müəllimlər və III-IX sinif şagirdlərindən ibarət 70 nəfərdən çox şagird iştirak etmişdir. Bundan başqa tədbirə Səlyan Rayon Təhsil Şöbəsinin metodisti Həsənova Tinatin müəllimə və Səlyan Rayon Təhsil Şöbəsi sədrinin müavini Quliyeva Kubra müəllimə də qatılmışdılar.

Eko Aləm İctimai Birliyinin sədri tədbir zamanı məktəblilərə ətraf mühitin məişət tullantıları ilə çirklənməsi, onların zərərli təsirləri barədə uşaqlara geniş məlumatlar verdi.  O uşaqlar üçün hazırladığı “Tullantılarsız çevrəmiz” adlı fotoalbom nümayiş etdirdi. Tədbir zamanı uşaqlara ətraf mühitin məişət tullantıları ilə çirklənməsi, tullantıların idarə olunması və onlarla mübarizə üsulları barədə geniş məlumatlar verdi. 
        
Sonra söz uşaqlara verildi. Məktəblilər “5 iyun Ümumdünya Ətraf Mühit Günü”nü qeyd etmək üçün ciddi hazırlaşmışdılar. Uşaqlar təbiət haqqında müxtəlif şerlər, hekayələr söylədilər. Ekologiya mövzusunda çəkdikləri şəkilləri əllərində tutaraq nümayiş etdirdilər. Sonra onlar Kür çayının ekolji çirklənməsinə həsr edilmiş senarili ekoloji oyunlar da nümayiş etdirdilər.

Tədbir olduqca yüksək səviyyədə təşkil edilmişdi. Onlar bununlada bu kənd məktəbində, təhsilin yüksək səviyyədə təşkil olunduğunu, müəllimlərin öz işlərini sevərək, həyata keçirdiklərini və təlim tərbiyədə ekoloji biliklərə ciddi diqqət yetirdiklərinin sübut etdilər. Belə təlim tərbiyə forması isə uşaqlarda ekoloji tərbiyənin, ekoloji mədəniyyətin formalaşdırılması və onların ekoloji mədəniyyətə malik  kamil insan kimi yetişməsi üçün nümunəvi hal olduğunu nümayiş etdirdilər. 

Tədbirin ikinci hissəsində təmizlik aksiyası keçirtmək üçün VII-VIII sinif şagirdlərindən 20 nəfərdən ibarət qrup yaradıldı. Təmizlik aksiyası keçirtmək üçün uşaqlara hazırlanmış xüsusi geyimlər paylandı. Məktəblilər təşkilat üzvlərinin və məktəb müəllimlərinin nəzarəti altında  ətraf əraziləri plastik tullantılardan təmizlədilər. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений