Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mərkəzi Bankın “sandığında” saxlanılan vəsaitlər və banklara verdiyi “dəstək”



“2017-ci ildə Mərkəzi Bank tərəfindən 60 depozit hərracı keçirilib. Hərracların nəticəsi olaraq il ərzində Mərkəzi Bank kommersiya banklarına təxminən 46,9 milyon manat məbləğində faiz ödəyib. Bu, bankların 2017-ci ilin 10 ayı ərzində depozitlərə görə müştərilərə ödədikləri faizlərin 15%-i, müştərilərdən alınan kredit faizlərinin 4%-i qədərdir. Faiz dərəcələrinin aşağı həddi 10,1%, yuxarı həddi 14,87% olub. Müddəti isə 14 gün olub”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib.

O qeyd edib ki, Mərkəzi Bankın 10 milyard manatlıq depozit təklifinə qarşı bankların tələbi ümumilikdə 25,2 milyard manat olub:

“Tələb təklifi orta hesabla 2,5 dəfə üstələyib. 60 hərracın cəmisi 5-də tələb təklifdən az olub. Bəzi hərraclarda tələb təklifi 3-4 dəfə üstələyib. Hətta avqust ayında tələb daha da artıb və üstələmə 6-7 dəfə olub”.

Samir Əliyev onu da vurğulayıb ki, Mərkəzi Bankın keçirtdiyi depozit hərracının əsas məqsədi dövriyyədəki pul kütləsinin tənzimləmək, artıq pul kütləsinin valyuta bazarına yönəldilməsinin qarşısını almaqdır:

“Elə buna görə də dövrü olaraq 400-900 milyon manat civarında vəsait Mərkəzi Bankın “sandığında” saxlanılıb. Hərracı digər məqsədi banklara dəstək verməkdir. Təsadüfi deyil ki, Mərkəzi Bank yola saldığımız ildə hər banka orta hesabla 1,5 milyon manatlıq “dəstək” verib. Banklar riskli kreditləşmədənsə, asan pul qazanmaq yolunu seçərək vəsaitləri depozit şəklində baş bankda yerləşdirməyə üstünlük veriblər”.

Qeyd edək ki, depozit hərracı 2016-cı ilin ortasından keçirilməyə başlanıb. İlk hərrac iyunun 13-də təşkil edilib və ilin sonuna kimi 26 hərrac keçirilib.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений