Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mərkəzi Klinikadan İsa Qəmbərlə bağlı AÇIQLAMA



Səhhətində yaranan problemlərə görə Mərkəzi Klinikaya yerləşdirilən Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin müalicəsi davam edir.

Xəstəxanadan “Report”a verilən məlumata görə, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil.

Bildirilib ki, o, ümumi stasionar şöbəyə yerləşdirilib və orada müalicə alır: “Nevropatoloqlar, terapevtlər İsa Qəmbərin səhhətinə nəzarət edirlər. Ürəklə bağlı vaxtaşırı müayinələrdən keçir və kardioloji problemi yoxdur”.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.

İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya yerləşdirilib. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений