Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Meşəyə bitki yığmağa getdi, meyiti tapıldı



Şəkidə meşədə kişi meyiti tapılıb.

Hüquq mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 11 radələrində rayonun Qoxmuq kənd inzibati ərazisində, dağlıq meşəlik ərazidə çürümüş kişi meyiti tapılıb.

İlkin araşdırma zamanı tapılan meyitin rayonun Qoxmuq kənd sakini 64 yaşlı Fərrux Rəcəb oğlu Səmədov olduğu müəyyən olunub. Araşdırma zamanı o da məlum olub ki, Fərrux Rəcəbov 3 gün əvvəl yaşadığı evdən süpürgə hazırlamaq üçün bitki yığmaq məqsədilə meşəyə gedib və geri qayıtmayıb.

Fərrux Rəcəbovun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений