Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Məşhəddə İran-İspaniya matçına görə kafelər və restoranlar bağlanacaq



 İranın Məşhəd şəhərində İran-İspaniya matçı zamanı fəaliyyət göstərən bütün kafe və restoranlar bağlı olacaq. 

"Report" "Entekhab"ə istinadən xəbər verir ki, bu barədə Məşhəd Şəhər Polis İdarəsi məlumat yayıb. 

Buna səbəb görüşün ictimai yerlərdə baxılmasının qarşısını almaqdır. Şəhərdəki obyektlər qarşılaşmanın başlanmasına yarım saat qalmış bağlanacaq.

Dünya çempionatının B qrupunun ilk matçında İran yığmasının Mərakeşi 1:0 hesabı ilə məğlub etdiyi görüş Məşhəddəki kafe və restoranlarda izlənilib və azarkeşlərin sevinc anları sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, İran-İspaniya matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений