Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Məşhur adlarımızın ilk sahibləri: Onları tanıyırıq?



Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai mühitdə bir milliləşmə dalğası baş qaldırdı. Bu həm də yeni doğulan uşaqlara qoyulan adlarda da özünü büruzə verdi. Əcnəbi adlardan müəyyən mənada imtina olunması halları artmağa, daha çox milli mənşəli isimlərin verilməsi müşahidə olunmağa başladı. Məsələn, “Dədə Qorqud” filmindən götürülmüş  Banuçiçək, Burlaxatun adlarının qısaldılmış Banu və Burla forması, həmçininTural, Günel isimləri çox geniş yayıldı. Belə olan halda da ərəb və fars adlarından istifadə halları azaldı. 

Hazırda ölkədə yenidən dini təbliğatın artması nəticəsində körpə uşaqlara ərəb adlarının qoyulması halları çoxalıb. Bu baxımdan Fatimə, Məhəmməd,Yusif, Hüseyn, Zəhra, Xədicə, Ayşə kimi adların sayı artmağa başlayıb. Bəli, Azərbaycanda son illər daha çox dini adlar qomağa üstünlük verilir. Bunun nə dərəcədə doğru olub-olmadığını deyə bilmərik. Amma düşünürük ki, istənilən bir şəxs uşağına Məhəmməd, Hüseyn, Əli və sair dini adlar qoyanda bu adları daşıyan insanlara həm də tarixi şəxsiyyət kimi yanaşıb, keçdiyi yola da nəzər salsın. Mövzudan çox uzaqlaşamyıb, qayıdaq mətləbə.

Yəqin Cebhe.info-nun oxucularına da maraqlıdır ki, əksər daha çox yayılan adların belə demək mümkünsə, ilk sahibi kimdir, yaxud kimin sayəsində daha da yayğın şəkilə gəlib?

Dramaturq Cəfər Cabbarlının pyeslərindəki qəhrəmanlar Aydın, Sevil, Almaz, Gülzar, Dilarə, Dilbər adları yayılmağa başladı.

Repressiya qurbanı olan mərhum şair Mikayıl Müşfiqin təxəllüsü 60-cı illərin sonu 70-ci illərin əvvəlində daha popular oldu. Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun qızına qoyduğu “Aygün” ismi və eynadlı poema da sonradan yayılmağa başlayıb.

Ümumiyyətlə, ədəbiyyatda bu kimi nümunələrə çox rast gəlmək olar. Həmşinin Məhəmmədhüseyn Şəhriyarın adı da məşhurlaşan isimlər arasında olub. Xalq şairi Bəxtiyar Vahabzadənin “Gülstan” poemasından, görkəmli gürcü klassiki Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” əsərindən sonra Aftandil adı dəbə düşdü.

Tarixi romanlardan Calal Bərgüşad “Siyrilmiş qılınc”ından sonra Babək, İsa Muğannanın “Məşhər”indən sonra Nəsimi adları geniş yayıldı.

Dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından sonra Gülçöhrə, Asya, “Leyli və Məcnun” operasından sonra isə Leyli, Məcnun adları çoxaldı.

Yeri gəlmişkən, Şeyx Əbdül Mahmudov və Həsən ağa Turabovun 1985-ci ildə birgə çəkdikləri “Qaçaq Nəbi” filmindən sonra Nəbi adı dəbə düşdü.

Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman” əsəri əsasında rejissor Muxtar Dadaşovun çəkdiyi eyniadlı filmdən sonra Mehman adı da Azərbaycanda məşhurlaşdı. 

Bundan başqa, günümüzdə çox rast gəldiyimiz Anar ismi xalq yazıçısı Anar Rzayevin adından götürülüb. Yeri gəlmişkən, yazıçı özünün valideynləri  şairlər – atası Rəsul Rza ilə anasi Nigar Rəfibəylinin həyatından bəhs edən “Sizsiz” xatirə romanında qeyd edir ki, “adınızın mənası valideynlərinizin adından götürülüb?” – sualı ilə tez-tez rastlaşır:

“Anam Nigar, atam Rəsul. Əslində isə, Anar adı valideynlərim tərəfindən mənə düşünülmədən qoyulub”.

Azərbaycan şairi və tərcüməçisi İlyas Tapdığın övladlarına qoyduğu adlar da sonradan populyarlaşan isimlərd sırasındadır. Mərhum şairin qızı Şəbnəm Tapdığın adı 80-ci il və daha sonra doğumlu qızlara verilən adlar sırasında məşhurdur. 

Yeri gəlmişkən, şair, həmçinin oftalmoloq (göz həkimi) Paşa Qəlbinur təxəllüsünü İlyas Tapdığın oğlunun adından Qəlbinurdan götürüb. Onun öz soyadı Musayevdir.

Həmçinin Sərxan adı eşindəndə, ağıla ilk gələn əməkdar artist, sevilən müğənni Sərxan Sərxan gəlir. Uzun illərdir Rusiyada yaşayıb yaradıcılıqla məşğul olan Sərxan Sərxanın adı da ölkəmizdə bir zamanlar çox populyar və yayğın idi. Onun öz soyadı isə Qurbanbəyoxdur.

Siyahını uzatmaq olar, bura hətta xalq və bəstəkar mahnılarını əlavə etmək mümkündür, hansılar ki, həmin nəğmələrdəki adlar azərbaycanlılar arasında geniş istifadə olunur. Buna nümunə olaraq, elə təkcə Rəşid Behbudovun ifasında sevə-sevə dinlədiyimiz “Lalələr” (bəstəkarı Telman Hacıyev, sözləri isə şair Aslan Aslanova aiddir-red  )mahnısını qeyd etmək kifayətdir.

Təbii ki, ad məsələsində yeniliyə açıq olmaq lazımdır, milli və türk kökənli adları da unutmamaq gərəkdir.

Aytən 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений