Məşhur aktyor bacısının toyuna getmədi - Foto

Türkiyəli müğənni Aslı Hünel biznesmen Savaş Fatih Yurdsevərlə ailə qurub.
“Qafqazinfo” Posta-ya istinadən xəbər verir ki, mərasimə Aslı Hünelin qardaşı, məşhur “Kaybolan Yıllar” serialının baş qəhrəmanı Saruhan Hünel qatılmayıb.
Müğənni qardaşının toyunda iştirak etməməsi barədə bunları deyib:
“9 ay öncə qardaşımla mübahisə edib küsmüşdük. Yanımda olmasını çox istəyərdim. O gəlməməyi seçdi. Ürəyinin bizimlə olduğunu bilirəm və onu çox sevirəm”.
Qeyd edək ki, mərasimdə Alişan, Seda Sayan, Fatih Ürək, Doğuş və Safiye Soyman mahnılar ifadə ediblər.
Cebhe.info