Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Məşhur Braziliyalı futbolçu Türkiyə klubuna transfer oldu - Klubdan açıqlama



Braziliya millisinin sabiq futbolçusu Robinyo karyerasını Türkiyənin "Sivasspor" klubunda davam etdirəcək.

"Report" klubun "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Super Liqa təmsilçsi 34 yaşlı hücumçu ilə razılıq əldə edib. Robinyo yanvarın 23-də Türkiyəyə gələcək. O, tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq. 

Qeyd edək ki, Braziliya millisinin heyətində keçirdiyi 100 oyunda 28 qol vuran Robinyo karyerası ərzində İspaniyanın "Real Madrid", İtaliyanın "Milan" və İngiltərənin "Mançester Siti" komandalarının formasını geyinib. "Santos"un yetirməsi olan forvardın sonuncu iş yeri vətənində "Atletiko Mineyro" klubu olub.

Cebhe.info
 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений