Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Məşhur stilist “ulduz”ları hədəfə aldı: “Müğənni var ki, başından yağ axır” - MÜSAHİBƏ



Stilist Pərviz Mirzəyev yenə “açıb sandığı, töküb pambığı”.

O, Cebhe.info-ya müsahibəsində qalmaqallı açıqlamalar verib. Buyurub, oxuya bilərsiniz:

-Son vaxtlar stilistlərin fəaliyyəti daha çox “İnstagram” sosial şəbəkəsində görünməkdədir. Video şəklində nümayiş etdirdiyiniz “master-klass”lar nəyə xidmət edir: xanımları maarifləndirir, yoxsa bu sadəcə, stilistlər arasında əl qabiliyyəti uğrunda rəqabətdir?

-Bəli, mənim üçün “İnstagram” reklam mənbəyidir.  Televiziyada istədiyi populyarlığı qazana bilməyən insanlar sosial şəbəkələrdə qısa müddətdə populyarlıq əldə edə biliblər.  Bilirsiniz ki, biz məşğul insanlarıq, daim iş başındayıq. Mən televiziya verilişində iştirak edəndə işimdən ayrılmalı oluram, vaxt itkisi gedir, burada isə həm geniş izləyici auditoriyası toplayıram, həm də iş başında ola-ola reklamımla məşğul oluram.

-Tanınan stilst oluğunuz üçün sizə müraciət edən bir çox ulduz sənətçilər var. Sizcə, sadə xanmlarla işləmək yaxşıdır, yoxsa ulduzlarla? Dəbi, yenilikləri əslində siz onlara diktə etməlisiniz. Lakin şöhrətli adamlar eqolu olur. Onlar sizin tapşırıqlarınıza, məsləhətlərinizə əməl edirlərmi?

-Ulduzlarla işləmək daha məsuliyyətli deməzdim, daha maraqlıdır. Çünki artıq ona verdiyim stili daşiya bilir, istər efirdə, istər fotosessiyalarda onu gözəl təqdim edə bilir. Təbii ki, hər bir insanda kapriz var, müğənnilərdə daha çoxdur.  Mənim üçün çox rahatdır. Əməkdaşlıq etdiyim sənətçilərlə zaman-zaman küsüşmüşük də, işbirliyimiz də yarımçıq qalıb. Lakin onların əksəriyyəti üçün “vazkeçilməz” sayılıram. Kiminlə işləsələr də, yenə də nəticə olaraq mənim yanıma qayıdılar. Bəzi sənətçilər də var ki, onları dəyişməyə heç bir qüvvənin gücü çatmaz. Belələri mənə zəng edəndə, heç telefona cavab vermək istəmirəm. O dərəcədə, iyrəndiyim, sevmədiyim müğənnilərimiz var.

-Elə müğənni var ki, onunla işləmək istəməmisiz, rədd cavabı vermisiz?

-Elə bir müğənni olub, amma mən işimin ustası, professional kimi o müğənnini qəbul etmişəm. Hər bir halda o müştəridir, mənim onu rədd etməyə ixtiyarım yoxdur. İşbirliyi alınıbsa, alınıb, məni qane etməyibsə, gələn dəfə gələn zənglərə cavab verməmişəm.  Cəmi bir müğənni var ki, onunla heç bir şəkildə işləmək istəməmişəm, telefonlarına cavab verməmişəm. Hətta otağıma belə gəlib, qəbul etməmişəm. Adını çəkməyəcəyəm, bu, artıq onun şəxsiyyətinə təhqir olar.

-Bəs sizinlə çalışdığı vaxt başqa bir məşhur stilistə müraciət edəndə necə reaksiya verirsiz? Məsələn, bu yaxınlarda Xatirə İslam Anar Ağakişiyevə gözəl tərif, xoş sözlər ünvanlamışdı. Lakin hamıya məlumdur ki, onun görünüşündəki kardinal dəyişiklik sizin adınızla bağlıdır.

-Mən sizə bayaq dedim axı, elə müğənnilər var ki, mən onlar üçün vazkeçilməzəm. Həmçinin mən onlardan vaz keçmirəm. O siyahının başında Xatirə İslam durur. Mən onunla dostam, yaxınam. Hazırda onunla işbirliyim yoxdur, lakin mən ondan incimirəm. Başqasının yanına gedəndə də mənə gecədən yazır ki, sənin yerin ayrıdır. Nə olsa da, mənim son yerim, son ünvanım sənsən. Bəlkə də başqa biri belə etsə, mənə təsir edərdi. Mən onu nə müştəri, nə də müğənni kimi görürəm. O, mənim özümdür. Aramızda heç bir problem ola bilməz. Bizi 15 il bağlayır.

-Natəvan Həbibi toyunda Nərmin İbrahimovaya müraciət etmişdi. Bu, aranızda problem yaratmadı ki?

-Yox, incimədim. Natavanla da bizi illər bağlayır. Onunla da çox rahatam. Onun da gedib qayıtdığı yer, ünvan mənəm. Natavanın toyunu təşkil edən şirkət Nərminlə əməkdaşlıq edir. Natavan toyuma dəvətnamə də yolladı. Düzdür, müəyyən səbəblərə görə, o toyda iştirak edə bilmədim, lakin bunun məsələyə aidiyyatı yox idi. Həmişəki münasibıtimiz var.

-Stilistlər arasında da təbii ki, rəqabət olur. Sizin sənət savaşında olduğunuz konkret stilist var?

-Əlbəttə, bizim sahədə də, bir-birinin ayağını qazan həmkarlar var. Heç  kimi rəqib görmürəm. Bu söz kimdəsə qıcıq yarada bilər. Lakin bu kəlmələri özümə, işimə arxayın olub deyirəm. Sənət baxımından yoxdur. Ad baxımından bəlkə də adımla adı yanaşı səslənə bilən həmkar olar. O da ki, lazimli vaxtda, lazimli yerdə ola bilən insanlardır. Barmaqla sayılcaq qədər professional var. Mənim iş tərzim gündəmdə olanlarla müqayisədə tam başqadır.

-Bəyəndiklərinizin adını çəkə bilərsiz?

-Əlbəttə. Bu, Ruxadır, Zahiddir, Telmandır. Onların işini bəyənirəm.

-Azərbaycanda elə bir sənətçi varmı ki, onun stilistə ehtiyacı olmasın?

-Var. Böyük səhnəyə deməzdim, amma gündəlik həyatda Röya, Aygün Kazımova öz zövqləri ilə yaxşı geyinib insan arasına çıxa bilirlər. Müğənni də var ki, başından yağ axır, amma özünü elə aparır ki, stilistə ehtiyacı yoxdur, elə məhz elə düşündükləri üçün o vəziyətdədirlər. Məhz onların ehtiyacı var.

-Stilistlər nüfuzuna xələl gəlməsin deyə ara müğənnilərlə işləməkdən qaçırlar. Ya da ki, onu radikal dəyişdirirlər. Bildiyimə görə, sizin müğənni Damla ilə işbirliyiniz olub. O xanım zövqsüz sənətçi kimi  tamaşaçılar tərəfindən tənqid olunurdu.

-Damla xanım yanıma gəlmışdi. Mənə təklif etdi ki, kosmetikamı silmədən, təkrar makiyajımı təzələ. Bu gigiyenik baxımdan nə dərəcədə qəbul olunandır?! Mən şəxsən istəyərəkdən, onu bəyənmədiyim üçün işləməyə razılıq verdim, çünki onu görmək istədiyim stilə salmaq istəyirdim. Cəmi bir saat işlədik. O insan dəyişməyəcək.

O indiki oxuma tərzi ilə sevilir. Amma kimlər tərəfindən? Özü yaxşı bilir. Amma o, hamının sevgisini qazanmaq istəyirsə, stilini dəyişməlidir. Qətiyyən onunla işləmərəm. Çünki o görünüş onun qanına işləyib.

Aysel

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений