Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mətbuat Şurası 3 saytla bağlı xəbərdarlıqları ləğv etdi - İclas



Bu gün Mətbuat Şurasının Apellyasiya Qrupunun iclası keçirilib.

Şuradan verilən məlumata görə, Qrupun rəhbəri, MŞ İdarə Heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, qrup üzərində Şuranın xəbərdarlıq qərarı olan 3 kütləvi informasiya vasitəsi ilə bağlı məsələləri müzakirə edilib.
 
Bunlar "Azpolitika.info” və "Rubrika.az” saytları və "Hürriyyət” qəzetidir. İclasda məlumat verilib ki, xəbərdarlıq qərarının çıxarılmasından sonrakı müddətdə bu KİV-lə əlaqədar Mətbuat Şurasına hər hansı şikayət məktubu daxil olmayıb.

Bu cəhət nəzərə alınaraq "Azpolitika.info”, "Rubrika.az” saytları və "Hürriyyət” qəzeti ilə bağlı çıxarılmış qərarlardakı xəbərdarlıqların onlar üzərindən götürülməsinə dair rəyə gəlinib. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений