Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mətbuat Şurası qurultayı ilə bağlı məlumat yaydı



Azərbaycan jurnalistlərinin VII qurultayına hazırlıq işləri davam edir. 

Bu haqda Mətbuat Şurasından bildirilib.

Bildirilib ki, Mətbuat Şurasına üzv təşkilatlar Şuranın İdarə Heyətinin tərkibini müəyyənləşdirmək məqsədilə irəli sürdükləri namizədlərin və qurultayda iştirak edəcək nümayəndələrinin adlarını təqdim edirlər.

Qurultaya hazırlıq işlərini intensivləşdirmək üçün namizədlərin və nümayəndələrin adlarının təqdim edilməsinin 25 fevral 2018-ci il tarixinədək yekunlaşdırılması qərara alınıb.

Buna görə də bütün üzv təşkilatlardan həmin tarixədək üzərinə düşən öhdəliyi yerinə yetirmələri xahiş olunur.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VII qurultayı mart ayının 10-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений