Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Metro yaxınlığındakı “göydələnlər” silkələnir? - Memarlardan təhlükə ilə bağlı ilginc AÇIQLAMALAR



Metrolara yaxın ərazilərdə hündürmərtəbəli binların tikintisi daha bir problemi gündəmə gətirib. Sakinlərin iddiasına görə, həmin binalarda silkələnmə daha çox hiss edilir.  Maraqlıdır, metrolara yaxın ərazilərdə belə binaların ucaldılması təhlükəli hesab edilə bilərmi? 

Xatırladaq ki, müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova bir müddət öncə Cebhe.info-ya verdiyi açıqlamasında bildirmişdi ki, baş verə biləcək təhlükəni önləmək üçün müəyyən tədbirlərin görülməsi vacibdir: 

“Beş ildir car çəkirəm ki, təhlükəni önləmək üçün tədbirlər görülsün. İllərdir deyirəm ki, yeraltı sular, metro xəttinin yerüstü hissəsinin yüklənməsi “Sahil” stansiyası üçün təhlükə mənbəyinə çevrilib. Neçə dəfələrlə demişəm ki, qədim abidələr silkələnir, orada çatlar yaranır. Təhlükədən qaçmaq üçün yeganə çıxış yolu xəttin bağlanılmasıdır. Metrostansiya gil təbəqəsinin üstündədir. 7 min kürəlik gil təbəqəsi var. Yeraltı suların qalxması gil təbəqəsinin yumşalması, sürüşməsinə səbəb ola bilər. “Nizami” metrostansiyasından “İnşaatçılar” istiqamətinə gedən yeraltı yolda qədim qəbiristanlıq var. Oradakı qəbirlər səs-küyə səbəb olub. İnşaatçılar metrostansiyanın əsasının qoyulmasında nə qədər fəhlə, inşaatçılar iştirak edib. Onlar bu stansiyanın tikintisində gecə-gündüz iştirak etdiyi üçün stansiyanın adı “İnşaatçılar” qoyulub. Bilmirəm ölən olub- olmayıb, ola bilər ki, bu məlumatlar gizli saxlanılsın. “Nizami” stansiyasının əsas fəlakəti budur. O zamanlar respublikanın əsas mərkəzləri ermənilərin əlində idi. “İçərişəhər” və “Sahil” stansiyalarının layihəsində ermənilər canfəşanlıq etmişdilər. Məqsəd də ən qədim abidələrin yerləşdiyi bu məkanların sökülməsi idi. “Sahil” metrostansiyası bağlansa, “İçərişəhər” stansiyası da fəaliyyətini dayandırmalıdır. Hələ o zaman da bu fikiri irəli sürmüşdüm ki, həmin stansiyadan yeraltı muzey kimi istifadə edilsin”. 

Z.Budaqovadan fərqli olaraq Azərbaycan Memarlar İttifaqının üzvi Ramiz Hüseynov Cebhe.info-ya açıqlamasında heç bir təhlükə  olmadığını bildirib: 

“Metro xətti salınmazdan qabaq əraziyə baxılaraq qiymətləndirilir, prob qoyulur ki, 5 metrdən su axır, ya yox. Probu götürdükdən sonra arxitektor, konstruktorlar geoloqların nəticələrinə əsasən tədbirlər planı hazırlayırlar. Su varsa, drenaj edirlər. Bu da o deməkdir ki, su yığılaraq kənara atılır. Azərbayanda zəlzələ oldu, neçə ev dağıldı? İtki, tələfat olmadı. İndiyədək də Azərbaycanda nəsə bir dağıntı olmayıb, olmayacaq da. Bu baxımdan Azərbaycanın memarlıq və konstruktorluq məktəbini peşəkar hesab edirəm”. 

R.Hüseynovun sözlərinə görə, “Nizami” metrostansiyasında da heç bir təhlükə yoxdur: 

“O zaman metrostansiyanı tikəndə dondurma üsulundan istifadə edilib. Təsəvvür edin ki, metro hər tərəfdən dəmirlə əhatələnən “karkas”ın içindədir. Torpaq təzyiq edəndə metro xəttinə heç bir güc düşmür. Titrəyiş ola bilər. Bu, bir mexaniki hərəkətdir”. R.Hüseynov bildirib ki, “Xalqlar Dostluğu” metrostansiyası yerin üstündə yerləşsə də, bu xəttin üzərində də təhlükəli vəziyyət yarana bilməz: “Betondan körpü tikilib üstünə asfalt vurulduğu üçün heç bir təhlükə yoxdur. Sahil metrosunun girişinin üzərində bina var. Elə təsəvvür yaranır ki, bina metronun üstündədir. Metronun vestbülü 5 metr aralıqdadır. Tunelin sadəcə olaraq girişi binanın altında yerləşir. Ümumiyyətlə, digər metrostansiya xətlərində də təhlükəli vəziyyət yoxdur”. 

Nigar Məhərrəm 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений