Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Metroda Səməd Vurğunun şeiri ilə Cümhuriyyətin 100 illiyi qeyd olundu - VİDEO



Bakı metrosunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə aksiya keçirilib. 

Cebhe.info xəbər verir ki bu haqda "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev özünün sosial şəbəkədəki hesabında məlumat yayıb. 

Metropolitenin əməkdaşları vaqona daxil olaraq, “Azərbaycan” musiqisinin sədaları altında ölkəmizin üçrəngli bayrağını sərnişinlərə paylayıblar. Mərhum prezident Heydər Əliyevin Səməd Vurğunun “Azərbaycan” şerindən bir bənd səsləndikdən sonra, vaqondakı gənclər növbəti bəndləri səsləndiriblər. 

Tədbirdə prezident İlham Əliyevin 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi  münasibətilə “Cümhuriyyət ili” elan etməsi haqda fərmanı səslənib.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений