Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Metroda təşviş yaradanlar işdən azad edildi: "7 min işçi var, hamısı cəzalandırılmayıb"- RƏSMİ



Xəbər verdiyimiz kimi, oktyabrın 27-si, səhər saatlarında "Bakı Metropoliteni”ndə sərnişin sıxlığı müşahidə olunmuşdu. Bu hadisə də sərnişinlər arasında ciddi narazılıq yaratmış, mətbuatda da sözügedən məsələ geniş şəkildə işıqlandırılmışdı. "Bakı Metropoliteni”nin rəsmiləri hadisənin baş verməsinə səbəb kimi, səhər saat 6-da depodan gələn qataraların qəbulunda gecikmə ilə əlaqələndirilmişdi. 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov sözügedən hadisə ilə bağlı qurumun bir sıra vəzifəli şəxslərini ciddi cəzalandırıb. Lakin yayılan məlumatda cəzalandırılan metro işçilərinin sayı açıqlanmayıb. 

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev də Cebhe.info-ya açıqlamasında nə qədər işçinin işdən kənarlaşdırıldığı haqda konkret məlumat açıqlamadı: 

“Sayı, həmin şəxslərin kimliyi haqda ətraflı məlumat verə bilmərəm. Bu konfedensialdır. Sadəcə, onu deyə bilərəm ki, işdən çıxarılanların sayı çox deyil, bir neçə nəfər olar. Metroda 7 min işçi var, hamısı cəzalandırılmayıb”.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений