Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Meyvə və tərəvəz istehsalçıları ilə ixrac məsələləri müzakirə edilib



Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə meyvə və tərəvəz istehsalçıları ilə ixrac məsələlərinin müzakirəsinə dair İxracatçılar Klubunun növbəti iclası keçirilib.

Azpromo-dan verilən məlumata görə, iclasda bu sahədə fəaliyyət göstərən 20-yə yaxın ixracatçı iştirak edib.

Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsində istehsalçılara göstərilən dəstək barədə danışıb. İxracatçıları “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi mexanizmlərindən daha çox faydalanmağa, ixracın şaxələndirilməsində fəallığın artırılmasına dəvət edib. Eyni zamanda, Azərbaycan məhsullarının ənənəvi bazarlarla yanaşı, tanınmış iri market şəbəkələrinə çıxışının vacibliyini vurğulayıb. İclasda ixracatçıların bu istiqamətdə qarşılaşdıqları problemlərlə tanış olunub.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений