Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Meyvələr daha da bahalaşacaq: Qıtlıq da gözlənilir



Son günlərdə havanın temperaturu xeyli aşağı endi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacaq. Havanın temperaturunun gecə saatlarında hətta 0-5 dərəcəyə enəcəyi proqnozlaşdırılıb.

Bəs, yaz ayları üçün xarakterik olmayan hava şəraitinin müşahidə olunması kənd təsərrüfatına necə təsir edir?

İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bu cür havanın müşahidə olunmasının əsasən bağçılıq təsərüfatına ziyan vurduğunu deyib: 

“Çiçəkləyən ağacların gələcəkdə meyvə verməsi sual altına düşə bilər. Bu həftə ərzində çiçək açan, amma tozlanma prosesi getməyən ağacların çiçəkləri məhv olacaq. Həmin meyvələrin qıt olması ehtimalı var”.

Akif Nəsirlinin sözlərinə görə, hələ ki, bostan bitkilərinin yerüstü hissəsi çiçəkləməyə başlamayıb, onlara, eləcə də taxıla ziyanı yoxdur.

Ekspert hesab edir ki, fermerlər son vaxlar ölkəmizdə hava şəraitinin tez-tez dəyişməsinə alışmalı, ehtiyat tədbirləri görməlidirlər.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений