Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Milli Məclis bir sıra qanunlara dəyişiklik etdi - Siyahı



Milli Məclisin bu gün keçirilən plenar iclasında "Energetika haqqında" qanuna dəyişiklik müzakirə olunaraq təsdiqlənib.

Modern.az-ın məlumatına görə, dəyişikliyə əsasən, enerji istehsalçıları, ötürücülər, paylayıcılar və təchizatçılar müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma - Enerji Məsələlərini Tənzimləmə Agentliyinə haqq ödəyəcəklər. Haqqın məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən ediləcək.

Bundan başqa, "Qaz təchizatı haqqında", "Elektroenergetika haqqında", "Elektrik və istilik stansiyaları haqqında" qanunlara eyni məzmunda dəyişiklik edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 22-də “Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb.

Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirəcək.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений