Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Milli Şura Rusiyaya elçi göndərir - Qurum yenidən Şimala boylanır



11 aprel növbədənkənar prezident seçkilərini boykot edən Milli Şura dağılmaq üzrədir. Əslində, Milli Şuranın seçkilərdə iştirak edib-etməməsi onsuz da heç bir məsələni həll etmir. Mövcud reallıqda Milli Şuranın seçkiyə təsir imkanlarının olmadığı hər kəsə məlumdur. Ancaq məlumatlara görə Milli Şura ayaqda qalmaq üçün müəyyən qərarlar vermək ərəfəsindədir. Çünki artıq bir müddət öncə Milli Şura dayaqlarını itirmişdi.

Cebhe.info-ya daxil olan məlumata görə, Milli Şura Rusiya ilə əlaqələrini bərpa etməyə çalışır. Artıq Rüstəm İbrahimbəyova müəyyən müraciətlərin edilməsi haqqında məlumatlar yayılıb. Qeyd edək ki, kinorejissor Rüstəm İbrahimbəyov elə Rusiyanın Milli Şura layihəsinə dəstək verməsinə hesablanmış fiqur idi. Rüstəm İbrahimbəyovun müxalifətə arxa çevirməsindən və Milli Şuranın 2013 taktikası i iflasa uğradıqdan sonra bu layihə cəmiyyətdə ikrah hissi yaratdı. Digər tərəfdən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin geri çağrılması ilə Milli Şuranın Rusiya ilə əlaqələri tamamilə kəsildi. Məlumdur ki, Milli Şuranın idarəçisi olan “Yurd” sədri Əli Kərimli dəfələrlə tədbirlərdə Vladimir Droxinlə görüşüb və Moskvaya olan sözlərini səfir vasitəsilə çatdırıb. Səfirin geri çağrılması ilə Milli Şuranın Rusiya ilə əlaqələrinin kəsilməsi, Şura rəhbərlərinin işini çətinə saldı.

Daxil olan məlumata görə, Milli Şura rəhbərləri bu boşluğu aradan qaldırmaq üçün yenidən Rüstəm İbrahimbəyov faktorundan istifadə etməyə çalışır. Artıq Rüstəm İbrahimbəyovla müəyyən əlaqələrin qurulduğu bildirilir. Milli Şuranın ayaqda qalması üçün Rusiyadan dəstək alması vacibdir. Məhz buna görə də Milli Şura köhnə əlaqələrini bərpa etməyə çalışır. Məlumatlara görə Milli Şura bu əlaqələri bərpa etməsə, yaxın zamanlarda siyasi səhnədən gedəcək. Buna görə də Milli Şura rəhbərlərinin canfəşanlıqlarını başa düşmək heç də çətin deyil.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений