Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Milli Şuranın xalqsız mitinqində “selfie” yarışı



Bu gün Milli Şura “Məhsul” stadionunda mitinq keçirdi. Ümumiyyətlə, özlərini “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran bu qurum bütün zamanlarda “Yurd” sədri Əli Kərimlinin maraqlarına xidmət edib və bu gün də eyni amal üçün fəaliyyətini davam etdirir. Maraqlıdır, Milli Şuranın, başqa sözlə, Əli Kərimlinin keçirdiyi kor-koranə mitinq xalqa nə verir? İstər ötən il, istərsə də bu gün keçirilən mitinq göstərdi ki, Milli Şuranın fəaliyyəti xalqa heç nə vermir. Bunu hər kəs kimi Milli Şuranı yaradan Əli Kərimli və bu qurumun Koordinasiya Şurasının üzvləri də yaxşı bilirlər. Lakin Kərimlinin şəxsi ambisiyası aldadılmağa meyilli olan Milli Şura rəhbərliyində elə bir ehtiras yaradır ki, sanki bu qurum adı böyüklükdədir. Əsl mahiyyətdə isə kasıbın “Gümüş” söhbətidir...

Daha acınacaqlısı odur ki, Milli Şuranın hər dəfə keçirdiyi mitinqdə insanların onlara dəstək vermədiyi bir daha bəlli olur. İnsan, vətəndaş, dünyanı azdan-çodan bilən kəslərdən biri kimi, demokratiya təşnə olanlardan biri kimi  şəxsən utanıram. Axı müxalifətin keçirdiyi mitinqlərin səsi-küyü bütün dünyaya yayıan vaxtları olub. İndi niyə bu qurum bizi xəcalətli edir?

Xalq bu quruma dəstək vermir, ölkənin əsas müxalifəti qəbul etmir, ancaq yenə mitinq keçirir. Bəs Milli Şuranı iyə heç kim qəbul etmir? Çünki Milli Şura özünü doğrultmayan bir qurumdur. Əsas missiyasi 2013-cü il seçkisi olan bu qurum fəaliyyəti dövründə heç bir uğurlu işə, nəticəyə imza ata bilmədi. Əksinə, özünü Putinin projekti kimi təsdiqlədi. “Yurd” sədri Əli Kərimlinin boykot olunmuş bu qurumdan bərk-bərk yapışmasını özəl səbəbi var. Məqsəd xarici havadarlardan qrant adı altında yeni maliyyə qapısı açmaqdır ki, Kərimli bu məqsədinə müəyyən qədər nail ola bilir. Bu gün keçirilən mitinqin də məqsədi məhz Əli Kərimlinin azalan maliyyəsini artırmaqdır. “Yurd” sədri gərək aldığı maliyyənin qarşılığında xidmət etdiyi qurumlara nəsə göstərsin, axı!.. Mitinq isə bütün zamanlarda Əli Kərimlinin işinə yarayan ən optimal variantdır.

Bu sayla, bu təşkilatçılıqla mitinq keçirməklə hakimiyyətə güc göstərmək mümkün deyil. Hə də olmayan gücü nümayiş etdirmək qədər absurd heç nə də yoxdur. Əslində, hakimiyyət ə bu cür mitinqlərin keçirilməsinə ikiəlli razıdır. Bununla özünü hakimiyyətin alternetivi kimi təqdim edən “qüvvənin” hansı gücdə olduğunu hər kəsə göstərmək istəyir. “Yurd” sədrinin bu prosesə canla-başla dəstək verməsi də keçirilən mitinqlərin imitasiya xarakterli olduğunun göstəricisidir.

Digər tərəfdən, Milli Şura bu utanverici mitinqlərlə müxalifətin ümid olunan birliyini önləmək, dağıtmaq niyyətini də açıq-aydın göstərir. Yuxarıda dediyimiz kimi nəzərə alsaq ki, xalq Milli Şuranın bu mitinqinə heç bir siyasi dəstək vermir, əslində nə baş verdiyi açıq şəkildə görünür. Hər müraciətində xalqı, müxalifəti birliyə səsləyən Əli Kərimli və Milli Şura üzvləri əslində bu birliyi parçalamaq funksiyasını yerinə yetirirlər.

Ölkədə fəaliyyət göstərən müxalifət partiyaları və siyasi təşkilatlar müzakirələr aparmaq, doğru addım atmaq və doğru zamanda mitinq təyin etmək təşəbbüsü ilə çıxış edirlər. Bunu müxalifət rəhbərlərinin müsahibələrindən də açıq şəkildə görmək olur. Əslində, Milli Şura rəhbərliyi də bunu bilir, ancaq bu onların maraqları çərçivəsində deyil. Urvatsız mitinqlərlə Milli Şura xalqın son ümidini də qırmaqda davam edir.  

Əsl müxalifət mənəm iddiası ilə xalqda müxalifətə inamsızlıq aşılamaq, siyasi gücləri pərən-pərən salmaq xalqa, onun istəklərinə xəyanətdir. Bu gün müxalifətin birləşməsinə və xalqdan maksimum dəstək almasına ehtiyac var. Müxalifətin birliyinə mane olan, xalqda inamsızlıq yaradan qüvvə isə məhz Əli Kərimlinin şəxsi təşkilatı olan Milli Şuradır. Milli Şura bir siyasi təşkilat kimi artıq heç bir önəm kəsb etmir. Özünü doğrultmayan bu qurum hələ 2013-cü ildə öz missiyasını biabırçı şəkildə başa vurdu. Yenidən Milli Şura adıyla xalqı altmağın adı nədir?

Mitinq zamanı çəkilən və sosial şəbəkələrdə paylaşılan şəkillər isə mitinqin əsl mahiyyətini bir daha aydınlaşdırdı. Avropada mühacir həyatı yaşamaq arzusunda olanların şəkil çəkdirmək üçün yarışa girməsi obyektivlərdən yayınmayıb. Şəkil nə qədər çox olarsa, o qədər çox şansı olduğunu düşünənlər “selfie” yarışına çıxıblar. Mitinqə gələnlərin də yeganə məqsədləri məhz budur.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений