Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Millimiz daha bir yoldaşlıq görüşü keçirəcək - Rəqib məlumdur



Futbol üzrə Azərbaycan milli komandası daha bir yoldaşlıq oyunu keçirəcək.

AFFA-nın verdiyi məlumata görə, iyunun 5-də Astana şəhərində təşkil olunacaq qarşılaşmada rəqib Qazaxıstan yığması olacaq.

Bu barədə AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında razılıq əldə olunub. 

Razılaşma çərçivəsində milli komandaların oyunundan 1 gün əvvəl – iyunun 4-də Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək.

U-21-lərin oyunu Bakı vaxtı ilə saat 13:00-da, milli komandaların qarşılaşması isə saat 18:00-da başlayacaq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений