Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Milyardlar qonşuya axır: Xaricilər pulunu bu ölkəyə yatırır- RƏQƏMLƏR 



2017-ci ildə Gürcüstanda xarici investisiya axınında rekord göstərici əldə edilib.

Cebhe.info Gürcüstan mətbuatına istinadən bildirir ki, bu barədə iqtisadiyyat naziri Dmitri Kumsişvili bildirib.

Nazir qeyd edib ki, indiyə qədər rekord göstərici 2014-cü ilə aid olmuşdu. Həmin il xarici investisiyaların həcmi 1 milyard 818 milyon dollar təşkil etmişdi. 2017-ci ildə isə bu rəqəm daha 44 milyon dollar artaraq 2014-cü ilin rekordunu təzələyib.

Xüsusilə tikinti sahəsində xarici sərmayə qoşuluşu artaraq 294,6 miyon dollar olub. Bu isə 114 faiz artım deməkdir. Maliyyə sektorunda xarici investisiyanın həcmi ötən il 304,3 milyon dollar təşkil edib. Bu da 98 faiz artımdır. Energetika sektorunda xarici investisiya 61 faiz artaraq 188,6 miyon dollar olub.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений