Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mingəçevir qəzası bank sektorunu "vurdu"? - ÖZƏL



Mingəçevir SES-də baş verən qəzadan sonra bütün ölkədə elektrik enerjisinin verilməsi dayandı. Baş verən qəza bir çox sahələrə ciddi təsir göstəri. Qəzanın bank sektoruna necə təsir etməsi ilə bağlı Cebhe.info Maliyyə Bazarlarına Nəzarət Palatasına sorğu ilə müraciət etdi. Palta sorğuya cavab olaraq baş verən qəzanın bank sektoruna ciddi təsir etmədiyini bildirib:

"Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar elektrik enerjisinin verilməsində yaranmış fasilənın bank sektoruna təsiri Palata tərəfindən qiymətləndirilib.  Qiymətləndirmələr göstərir ki, elektrik enerjisində kəsintinin bank sektoruna ciddi təsiri olmayıb. Xüsusilə, kəsintinin bankların iş saatlarına təsadüf etməməsi (24 saat işləyən filial və şöbələr istisna olmaqla) yaranmış problemin effektiv həllində müstəsna rol oynayıb. Bundan əlavə, bankların əksəriyyətinin generator, UPS avadanlıqları ilə təchiz olunması, rabitə qurğularının, serverlərin, video müşahidə sistemlərinin, bankomatların işləkliyini fasiləsiz təmin edilməsi nəticəsində biznesin təhlükəsizliyi və fasiləsizliyi baxımından ciddi problemlər yaranmayıb”. 

Palatadan həmçinin  banklarda bəzi problemlər də müəyyən olunduğu qeyd olunub: 

- Bankların bəzi xidmət şəbəkələrində generatorlar normadan artıq işlədiyi üçün isinmiş və fəaliyyətində müəyyən fasilələr yaranıb;
- Qısaqapanma və ya UPS avadanlıqlarının elektrik enerjisinin tükənməsi, eləcə də şəbəkə problemi ilə əlaqədar bəzi xidmət bölmələri və bankomatların iş rejimində fasilələr yaranıb;
- Az sayda UPS avadanlıqları, kompüter avadanlıqları sıradan çıxmış və yararsız hala düşüb;

MBNP-ı yaranmış vəziyyətlə bağlı bankların gücləndirilmiş iş rejimdə fəaliyyətini təmin edib: 

“Yaranmış vəziyyət ilə əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasında dərhal qərargah yaradılaraq və nəzarət sektorlarının “Banklarda risklərin idarə olunması haqqında” Qaydalara əsasən  fövqəladə fəaliyyət planının tətbiqi nəzarətə götürülüb. Koordinasiya nəticəsində sektorda fasiləsiz və davamlı fəaliyyət, müştərilərə göstərilən maliyyə xidmətlərinin fasiləsizliyinin qorunması, təhlükəsizlik tədbirlərinin fövqəladə situasiyalara adekvat olaraq gücləndirilmiş rejimdə həyata keçirilməsi Palata tərəfindən təmin edilib”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений