Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mingəçevir qəzası kimləri “aparacaq”?



İlham Şaban: “Sovet dövründən qalmış  infrastruktur  qəzaya  gətirib çıxarıb”

Azərbaycan Prezidenti  yanında yaradılmış dövlət komissiyası iyulun 2- 3-də Azərbaycanda  elektrik enerjisinin kəsilməsi  nəticəsində yaranmış böhranın səbəblərini  araşdırır. Ancaq  həm  dövlət başçısı İlham Əliyevin hadisə ilə bağlı reaksiyası, həm də bir sıra rəsmi qurumların açıqlaması “Azərenerji” ASC-nin bir sıra səlahiyyətli  şəxslərinin cəzalandırılacağını deməyə əsas verir.  Prezident İlham Əliyev elektrik enerjisinin kəsilməsində günahkar  olanların hamısının  cəzalandırılacağını bildirib. 

Ölkənin enerji sistemindəki vəziyyətlə bağlı  dövlət başçısının  keçirilmiş  müşavirədə  “Azərenerji” ASC-nin sədrini tənbeh etməsi  Etibar Pirverdiyevi  yaxın vaxtlarda tutduğu vəzifədən uzaqlaşdırılacağına şübhə yeri qoymur.  Etibar Pirverdiyev artıq dövlət rəhbərinin etimadını itirdiyindən onu vəzifədən kənarlaşdıracaqlar. Ancaq onun səhvləri bununla yekunlaşmır.  İlham Əliyev Etibar Pirverdiyevin səhvi ucbatından ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəydiyini deyib. Ona görə də “Azərenerji”nin rəhbəri  hüquqi məsuliyyətə də cəlb edilə bilər. 
Etibar Pirverdiyev isə bütün enerji sisteminin çökməsi ilə nəticələnmiş  qəzanın səbəbləri barədə prezidentin suallarını cavablandıra bilməyib. 

İclasda Fövqəladə hallar naziri Kəmaləddin Heydərov məruzə edərək bildirib ki, komissiyanın ilkin qənaətinə görə, cərəyan açarının olduğu hissənin içərisindəki yağ dağılıb və qarşısında olan kanallardakı kabelləri yadırıb.

Biz əvvəllər də “Azərenerji”yə göndərdiyimiz məktublarda qeyd etmişdik ki, bu kanalların üstü möhkəm bağlanmalı və açıq olmamalıdır, hər hansı bir qəza baş verərsə, o yağlar oraya tökülməsin. Təəssüf olsun ki, təxminən bütün 63 açarın qabağındakı kanalların hamısının üstü möhkəmləndirilməmişdir. Biz komissiyanın üzvlərinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, yerli təhlükəsizlik orqanlarının əməkdaşları ilə birgə apardığımız müşahidəyə əsasən gəldiyimiz qənaət budur ki, doğrudan da bizim əvvəllər göstərdiyimiz iradların heç birinə riayət olunmamışdır.

Ərazi quru otlardan təmizlənməmişdir. Soyutma qurğularının heç biri demək olar ki, işləmir”-Kəmaləddin Heydərov belə deyib. 

Ona görə də qurğuların və elektrik kabellərinin texniki təhlükəsizliyik qaydalarına əməl  edilməyib. Təbii ki, buna görə Etibar Pirverdiyevlə yanaşı başqa səlahiyyətli şəxslər də məsuliyyətə cəlb oluna bilər. 

Məsələni Cebhe.info-ya şərh edən enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, baş vermiş qəzaya və səhlankarlığa  məsuliyyət daşıyan şəxsləri yalnız istintaq müəyyənləşdirə bilər.  İlham Şaban bildirdi ki, menecment-idarəçilik, həmçinin texniki məsələlər, illər boyu yığılıb qalmış sistem problemlər, Sovet dövründən qalmış  infrastruktur  qəzaya  gətirib çıxarıb. Sovet dövründə  Cənubi Qafqaz ölkələri  SSRİ –nin vahid enerji infrastrukturuna daxil idi. Bir tərəfdə qəza, çatışmazlıq olanda digər tərəfdən enerji ilə təminat həyata keçirilirdi.  Hər bir respublikanın özünün enerji sistemi var idi. Ona görə də müstəqillik dövründə elektrik stansiyaları tikiləndə SSRİ-dən qalmış infrastrukturun üzərində yığıldı. Yəni Azərbaycan üçün  yeni infrastruktur  yaratmamışdılar.  Bakıda və Abşeronda  5 elektik stansiyasının olmasına baxmayaraq, bir problem yarananda  onlar paytaxtı və ətraf kəndləri elektriklə təhciz etmək imkanında deyildi”.

Qeyd edək ki, 2002-ci ildən sonra 30 elektrik stansiyasının inşasında əsas məqsəd  Azərbaycanın, o cümlədən Bakı şəhərinin vahid mərkəzdən enerji asılılığını aradan qaldırmaq olub. Çünki bu strateji təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. İyulun 2-3-də baş vermiş hadisə isə enerji mənbələrinin  diversifikasiyası istiqamətində qarşı qoyulan məqsədə çatılmadığını göstərdi. Bunun səbəbinə gəlincə, İlham Şaban “Görünür, etməyiblər”-cavabını verdi. 

Bəs yaranmış vəziyyətlə bağlı dövlətin enerji siyasətini müəyyənləşdirən Energetika Nazirlyi nə qədər məsuliyyət daşıyır?  

Azərbaycan Energetika Nazirliyi bir qayda olaraq, sanki neft və təbii qazın  hasilatına dair siyasətini həyata keçirməkdir.  Elektrik enejisinin istehsalı ilə bir qayda olaraq “Azərenerji” ASC məşğul olur. Bir sıra ekspertlər isə hesab edir ki, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi Energetika Nazirliyinə verilməli,  “Azərenerji” isə yalnız  elektrik enerjisinin istehsalı  ilə məşğul olmalıdır. 

İlham Şabanın sözlərinə görə, Energetika Nazirliyi  dövlətin enerji siyasətini müəyyənləşdirsə də hansısa bir qurumda araşdırma aparmaq, vəziyyəti öyrənmək səlahiyyətinə malik deyil. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений