Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Minlərlə İŞİD-çi təhlükə ilə qayıdır



Son vaxtlar Gürcüstana  Suriyada və İraqda İŞİD terror qruplaşmasının tərkibində könüllü döyüşmüş 50 nəfər qayıdıb. 

Cebhe.info-nun məlumatına görə, belə bir açıqlamanı ABŞ-ın  “The Washington Post” qəzeti  yayıb. 

Qeyd edilir ki, “Soufan Center” və “Qlobal strategiya şəbəkəsi”nin  apardığı  araşdırmalar zamanı İŞİD-in darmadağın edilməsindən sonra 5600 nəfər terrorçu  öz vətəninə dönüb. 

Onların sırasında ən böyük göstərici Türkiyə ilə bağlıdır. Suriyadan və İraqdan 900 nəfər yaraqlı öz vətəninə qayıdıb.  2014-2017-ci illərdə 1500 nəfər Türkiyə vətəndaşı İŞİD sıralarına qoşulmuşdu. Səudiyyə Ərəbistanından isə İraqa və Suriyaya döyüşmək üçün gedən cihadçıların sayı 3000 nəfər təşkil edib. Mənbə onların 760 nəfərinin geri qayıtdığını,  1200 nəfərinin də Avropa ölkələrinə qaçdığını  yazır. 

Belə ki, Böyük Britaniyaya 400 nəfər, Fransaya 271 nəfər ,  Almaniyaya isə 300 nəfər İŞİD-çi keçib.

Rusiyadan Suriyada və İraqda döyüşmək üçün gəlmiş 3400 nəfər terrorçunun 400-ü geri dönüb.  ABŞ-dan döyüşmək üçün gələn 129 nəfər İŞİD-çinin  7 nəfəri yenidən ölkəsinə miqrasiya etmək imkanı əldə edib. Gürcüstanadan İŞİD-ə qoşulanların sayının 200 nəfər olduğu göstərilir. Onların 50 nəfəri artıq evlərinə qayıtmaq imkanı əldə edib. Sağ qalan 50 nəfər Gürcüstan vətəndaşı hələ də Suriyanın və İraqın  qaynar nöqtələrində terrorçuluq fəaliyyətini davam etdirir.

İŞİD -ə qarşı aparılan hərbi  əməliyyatlarda 20 nəfərdən artıq  gürcüstanlı yaraqlının öldürüldüyünə dair məlumatlar var.  Bu barədə Gürcüstan mətbuatı 2017-ci ildə xəbər yayıb. Onların əksəriyyəti aviazərbələr nəticəsində məhv edilib. 

Müşfiq Abdulla 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений