Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mollalar bu tarixdən 400-450 manat maaş alacaq - RƏSMİ



“Gələn aydan məscidlərdə fəaliyyət göstərən din xadimləri, imamlar, naiblər və digər şəxslərə 400-450 manat civarında əmək haqqı veriləcək”.

Bu barədə Cebhe.info-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov məlumat verib.

Komitə rəsmisi onu da bildirib ki, maaş din xadiminin tutduğu vəzifəsindən asılı olaraq dəyişəcək. Belə ki, imamlar, imam müavinləri və dini ayin icraçıları statusuna uyğun əməkhaqqı alacaqlar.

O da məlum olub ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, imam naiblər və bu kimi vəzifə daşıyan digər şəxslərə həmin idarənin təqdimatı ilə əməkhaqqı veriləcək.

Qeyd edək ki, məscidlərdə çalışan din xadimləri əməkhaqqını Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə alacaqlar.

Aytən Həsənova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений