Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

"Morata möhtəşəm oynayır" - Droqba



"Çelsi"nin əfsanəvi hücumçusu Didye Droqba komandanın futbolçusu Alvaro Morata haqda danışıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, ispan hücumçunun oyununu çox bəyəndiyini deyib: "Morata qol vurur və komandaya qələbə qazandırır. Göstərdiyi möhtəşəm oyuna görə xoşbəxtəm. Onun ilk oyunlarda fərqlənməsi  önəmli idi. Bir hücumçu kimi yeni komandanızdakı ilk matçlarda qol vurmağınız özünəinam cəhətdən və azarkeşlərin gözləntiləri səbəbindən vacibdir”.

Bəzən azarkeşlərin yüksək gözləntilərinin futbolçular üzərində böyük təzyiq yaratdığını vuğulayan Droqba daha sonra bildirib: “Qollar vuran oyunçu ümidləri doğruldur və xoşbəxt olur. Daha sonra qol vurmağa davam edir. Ümid edirəm ki, Morata  yaxşı mövsüm keçirəcək, çünki bizim buna ehtiyacımız var”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений