Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Moskva küçələri bağlanacaq: Müsəlmanlar küçədə namaz qılacaq



Rusiya paytaxtında 15 iyunda Ramazan bayramı ilə əlaqədar küçələrin bir çoxu bağlanacaq.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki,  mərasimlər səhər saatlarında Moskvanın 4 əsas məscidində bayram namazı ilə başlayacaq.

Namazda çox sayda müsəlmanın iştirakı gözlənildiyindən, ətraf küçələr bağlanacaq, nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bayram namazının məscidin yerləşdiyi küçələrdə açıq havada da qılınması gözlənilir. 

Nəqliyyatın hərəkətinə məhdudiyyət isə səhər saat 7-dən 11-dək tətbiq ediləcək. Hətta metro stansiyalarından birinin də bağlanacağına dair rəsmi məlumat var. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений