Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Moskvanın adamı” İrəvanda hakimiyyətə gəlir



Serj Sarkisyanın baş nazir postundan istefa verməsindən sonra Ermənistanın yeni baş nazirinin kim olacağına dair müzakirələr başlayıb.

Cebhe.info xəbər verir ki, Rusiya mətbuatı bu sırada ilk olaraq “Moskvanın adamı” kimi tanınan Karen Karapetyanın adını çəkir. O, hazırda baş nazir səlahiyyətlərini icra edir.

Mətbuat bunu Karapetyanın indiki prezidentin komandasından olması və xalq arasındakı nüfuzu ilə əlaqələndirir. Rusiya mətbuatının yazdığına görə, İrəvandakı Qafqaz İnstitutunun direktori Aleksandr İsgəndəryan da bu fikirdədir: “Karen Karapetyan xalq arasında hədsiz məşhurdur, imici yüksəkdir. Ölkədə kompromis fiqur ola bilər. Məhz o, Sarkisyandan sonra onun səlahiyyətlərini icra edir".

Erməni müxalifəti isə yeni hökumətin formalaşdırılmas və növbədənkənar seçkini istisna etmir. Mitiqnlərin təşkilatçılarından olan "Yelk" blokunun üzvü A. Somonyan bu mövzu ilə bağlı danışıqlar aparılacağını bildirib. Ermənistan hakimiyyətindəki 3 mənbə isə bildirib ki, dövlət artıq kifayət qədər böyük güzəştə gedib: "Gəlcəkdə də kompromislərə açığıq, ancaq bu dəfə ağıllı".

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений