Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

MSK-dan seçici siyahıları ilə bağlı iradlara CAVAB: “Tapsınlar o adamları...”



Son günlər real seçici sayı ilə faktiki seçici sayı arasında böyük fərqin olması məsələsi ciddi müzakirəyə səbəb olub.

İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, rəsmi statistikada hazırda ölkədə səsvermə yaşı olan (18 yaşı tamam olmuş) vətəndaşların sayı təxminən 7.1 mln. nəfər olsa da, MSK seçici sayını bundan təxminən 2 mln. nəfər (28%) az olduğunu deyir. Ekspert ölkədə 18 yaşı tamam olmuş əhali arasında neçə nəfərin fəaliyyət qabiliyyətsizliyinin məhkəmələr tərəfindən təsdiqlənməsinə cavab axtararaq, bu məsələnin MSK tərəfindən açıqlanmasını istəyib. O, deyib ki, bu istisnanı nəzərə almasaq, seçmək hüququ olan 2 mln. nəfərin adı seçici siyahısında yoxdursa, burda 2 ehtimal var:

1) yüz minlərlə insan əməkçi miqrant kimi ölkəni tərk edib və onlar uzun illərdi qeydiyyatda olduqları yerdə yaşamadıqları üçün seçici siyahalarına daxil edilmirlər,

2) yüz minlərlə insan ölkə daxilində miqrasiya edib, qanunvericiliyin tələbinə uyğun olaraq yaşadıqları yer üzrə qeydiyyata düşmədikləri üçün nə faktiki yaşayış yerində, nə qedydiyyatda olduqları yer üzrə seçici siyahılarında yoxdurlar. 

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov Cebhe.info-ya açıqlamasında deyib ki, Rövşən Ağayevin dediklərinin heç bir əsası yoxdur:

“Bilmirəm ki, o, nəyin mübahisəsini aparır. Haradan çıxarıb o rəqəmləri? Elə deyil axı. Belə bir fəqr yoxdur. Özündən nə çıxarıb bilmirəm, amma dedikləri reallığı əks etdirmir. Yaxşı olar ki, Rövşən müəllim adı seçici siyahısında olmayan, amma seçki hüququ olan Azərbaycan vətəndaşlarını tapsın, biz onları seçici siyahısına daxil edək. Virtual olaraq niyə ictimaiyyətin başını aldadır? Azərbaycan seçki sistemi və seçki komissiyaları Azərbaycan seçicilərinin seçkidə sərbəst iştirakını təmin etməkdən ötrüdür. Bu prosesi həyata keçirir. Azərbaycanda nə qədər səsvermə imkanı olan adamlar varsa, hamısı seçici siyahılarına salınıb. Əgər Rövşən müəllim elə bir adam tanıyırsa, qoy xəbər eləsin, biz onun adını siyahıya salaq”.

MSK katibi onu da əlavə edib ki, Azərbaycanda səsvermə hüququ olan vətəndaşların hamısının seçkidə iştirak etmək hüququ əldə etməsinə çalışılır:

“Əgər adları seçici siyahılarında yoxdursa belə, onların səsvermə hüququ əllərindən alınmır. Yaşadıqları ərazidəki məntəqə seçki komissiyalarına yaxınlaşıb şəxsiyyət vərəqələrini təqdim etməklə seçici siyahlarına adlarını əlavə edə bilirlərsə, bundan geniş imkan kimi nə tanıya bilərik?” 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений