Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

MSK: Maraqlı şəxslər müraciət edib, namizədlərin sənədləri ilə tanış ola bilər



"Bildiyiniz kimi, Mərkəzi Seçki Komissiyası tərəfindən namizədlərin sənədlərinə baxılması hər zaman şəffaf şəkildə həyata keçirilir. Hazırda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün seçici imzaları toplanmış imza vərəqələri və digər sənədlərə Mərkəzi Seçki Komissiyasında İşçi Qrupu tərəfindən baxılır ".

Bunu APA-nın sualını cavablandıran Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.
 
Ş. Əsədli deyib ki, bütün bu proseslər tam şəffaf şəkildə aparılır: "Hər zaman MSK sədrinin iclasda bəyan etdiyi kimi, maraqlı şəxslər müraciət edib, proseslə yaxından tanış ola bilərlər".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений