Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

MSK təsdiqlədi - Daha 4 nəfərin Prezidentliyə namizədliyinin irəli sürdü



Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK-ya müraciət etmiş şəxslərin Prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq olunması məsələsi müzakirə edilib.

MSK-nın katibi Arifə Muxtarova Anar Azər oğlu Umudovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün MSK-ya müraciət etdiyini bildirib.

Məsələ səsverməyə çıxarılaraq təsdiqlənib.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı və namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Oruc namizədliyinin təsdiq olunması müzakirəyə çıxarılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений