Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mübariz Mənsimov Xanım Qafarovanın ailəsinə ev bağışladı



Azərbaycanlı iş adamı, "”Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov mərhum əməkdar artist Xanım Qafarovanın ailəsinə mənzil hədiyyə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva Feysbuk səhifəsində bildirib.

Onun sözlərinə görə, iş adamı mərhum aktrisanın qızı Gövhərlə anasına mənzil hədiyyə edərək evin 20 gün ərzində tam hazır olacağını söyləyib:

“Mərhum aktrisamız Xanım Qafarovanın kiçik yaşlı balası,yaşlı nənəsi ilə çox ağır mənzil şəraitində yaşayırdı. Balaca bir qarajda, nəm-rütubət içərisində yaşamaq çox dəhşətli idi. Hər ay bu ailəyə baş çəkirəm. Əlimizdən gələn dəstəyi göstəririk, amma mənzillə kömək imkanlarımız olmadığından bir çox şirkətlərimizə, iş adamlarına müraciət etdim ki, bu ailəyə kiçik də olsa bir mənzillə dəstək olsunlar. Amma dəstək olmaq istəyən olmurdu. Nəhayət “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz müəllimdən xahiş etdim ki, bu ailəyə mənzillə kömək olunsun.Həmin dəqiqə müsbət cavab verməsinə özüm də bir anlıq inana bilmədim.

Mübariz müəllim balaca Gövhərə evi hədiyyə etdiyini dedi və bildirdi ki, 20-gün içərisində evin içərisi tam hazır olacaq və Gövhər nənəsi ilə yeni mənzildə xoşbəxt böyüyəcək”.

Deputat qeyd edib ki, Gövhərgilə evlə kömək edilməsi üçün bir çox şirkətlərə müraciət edib və bunu etmək onların gücündə olsa da etməyiblər:

“Demək ki mərdlik, səxavət varla, dövlətlə olmur. Bu bir xarakterdir. Mübariz müəllim hər zaman Türkiyədə ona üz tutan, çətin vəziyyətdə qalan tələbələrlə, xəstələrə əl tutub və hər kəs onun necə bir xeyirxah insan olduğunu bilir. Balaca Gövhərə dəstək olması da ümid edirəm ki, bir çox iş adamlarına, şirkətlərə örnək olacaq”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений