Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

MÜDHİŞ İDDİA: Liderlər yaxtada görüşüb yeni plan cızdı



Birləşmiş Ərəb Əmirliklərinin lehinə ABŞ-da lobbiçilk fəaliyyəti aparan Livan əsilli iş  adamı Naderin rəhbərliyi ilə Türkiyəyə qarşı gizli toplantı keçirdiyi bildirilir.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, toplantıda bəzi ərəb liderləri iştirak edib. Hədəfdə isə Türkiyə ilə yanaşı, həm də İran olub. 

Toplantının təşəbbüskarı olan iş adamı barədə uşaq istismarı maddəsi ilə cinayət işi qaldırılıb. Onun uşaq istismarçısı olduğuna dair videogörüntüləri var. 

Georgi Naderin rəhbərliyi ilə toplantı 2015-ci ildə baş tutsa da, məlumat hələ indi ortaya çıxıb. Mərkəzi Londonda olan "Middle East Eye" xəbər portalının bəzi mənbələrə istinadən vediyi xəbərə görə, Nader Amerika vətəndaşıdır və toplantını gizli qaydada bir yaxtada keçirib. Toplantı iştirakçıları olan ərəb liderlərə Körfəz Birliyi Konseyi və Ərəb Birliyinin yerini tutacaq yeni qurum yaratmaq təklif edilib. Məqsəd bölgədə Türkiyə və İranın güclənməsinə qarşı ABŞ-n dəstəyi ilə yeni birlik formalaşdırmaq olub.İclasda Səudiyyə vəliəhdi Məhəmməd bin Salman, Abu- Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayid Al Nahyan, Misir prezidenti Sisi, Bəhreyn şahzadəsi Salman bin Hamed Al- Halifə və İordaniya Kralı 2-ci Abdullah iştirak edib. 
Xatırladaq ki, toplantının təşəbbüskarı olan iş adamı 1985-ci ildə çılpaq uşaqların fotoları ilə yaxalanıb. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений