Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Müəllimlə baş redaktorların məhkəmə çəkişməsi



Şirvan Apellyasiya Məhkəməsində hakim Tofiq Heydərovun sədrliyi ilə bir neçə mətbuat orqanına qarşı şikayətə baxılıb.

Cebhe.info criminal.az-a istinadən bildirir ki, iş üzrə iddiaçı Gülnar Novruz qızı Yusifova cavabdehlər turaneli.tv informasiya saytının rəhbəri Mətləb Həsən oğlu Allahverdiyev, criminal.az informasiya saytının rəhbəri Anar Şahin oğlu Məmmədov, ajantv.com informasiya saytının rəhbəri Tural Əliyev və baş redaktor Anar Ayvazlı, qaynarxett.az informasiya saytının rəhbəri Elnur İsmayıl oğlu İsmayıllı və İsmayıl Məhəmməd oğlu Nəsirova qarşı şərəf və ləyaqətin müdafiəsi, pul tələbi və cavabdehin təkzib verməklə rəsmi üzr istəməsinə dair iddia ərizəsilə Beyləqan rayon Məhkəməsinə müraciət edib. İddiaçı tərəf cavabdehlərdən onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına görə 40 min manat təzminat istəyib. 

 

İddiaçı bildirib ki, Beyləqan rayonunda Təzəkənd kəndində yaşayır və müəllim kimi nüfuza malikdir. Beyləqan rayonu 1-ci Şahsevən kəndində yaşayan İsmayıl Məmməd oğlu Nəsirov onun barəsində "ajantv.com” saytında heç bir əsası olmayan, "Beyləqan məktəbində rəzalət” sərlövhəli məqalə yazıb. Məqalədə Dadaş Novruz oğlu Əhmədovun onunla intim əlaqədə olması və ondan hamilə qalması barədə məlumatlar əksini tapıb. Beyləqan rayon Məhkəməsi 11 avqust 2017-ci ildə yalnız iddiaçının iştirakı ilə iddia ərizəsinə baxıb. Cavabdehlərin heç birini məhkəməyə dəvət etməyib. Məhkəmənin vaxtı və yeri barədə onları əvvəlcədən xəbərdar edilməyib. Hakim Nəsrullah Əliyev iddiaya baxıb və onu təmin edib.

Criminal.az saytının baş redaktoru Anar Məmmədov Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək bildirib ki, iş üzrə cavabdeh sayıla bilməz. Baş redaktor iddiaçının etirazına, məhkəməyə üz tutmasına səbəb olan yazının "ajantv.com” saytından götürdüyünü, həmin sayta istinadla yaydığını hakimin diqqətinə çatdırıb. Həmin sayt bu barədə heç bir təkzib verməyib.
 
 “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunun 62-ci maddəsinə görə, yayılmış məlumatlar təkzib edilməmişsə, onu yenidən yayan şəxs məsuliyyət daşımamalıdır. Beyləqan rayon Məhkəməsi, ardından Şirvan Apellyasiya Məhkəməsinin hakimi Tofiq Heydərovun sədrlik etdiyi məhkəmə “KİV haqqında” Qanunun bu bəndinə qərar qəbul edib. Apellyasiya məhkəməsi Beyləqan rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. 

Baş redaktor bildirib ki, hakimlər İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyanın 10-cu maddəsinin pozuntusuna yol veriblər.
A.Məmmədov apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə şikayət edəcəyini bildirib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений