Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Müğənni Elnarə xeyriyyə konserti keçirib - FOTO



Müğənni Elnarə Xəlilova növbəti dəfə xeyriyyə aksiyası keçirib. 

Cebhe.info xəbər verir ki, bu dəfə o, Aişə adlı balaca qız üçün Metroparkda konsert proqramı təşkil edib. Tələbələri ilə birgə çıxış edən Elnarə hər kəsi Aişəyə yardım etməyə səsləyib. Müğənni və tələbələri 3 saatdan çox müddətdə sevilən və hit mahnıları ifa ediblər. 

Qeyd edək ki, Bayramova Aişə 1 yaş 6 aylıqdır. Anadangəlmə fiziki qüsuru olan balaca qızın eşitmə problem var. Qulağı eşitmədiyi üçün danışa da bilmir. 

Əgər 6 ay ərzində əməliyyat olunmazsa ömrünün sonuna qədər lal-kar qala bilər. Aişənin probleminin həlli üçün 35 min manat pula ehtiyac var.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений