Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Müğənnilərin TOY QİYMƏTLƏRİ - Abbas 16 min, Elton 15 min - SİYAHI



Bu gün "Hər şey daxil" verilişində prodüser Tolik müğənnilərin toy qiymətlərini açıqlayıb.

Milli.az məşhur prodüserin müğənnilərin toy qiymətləri ilə bağlı açıqlamasını təqdim edir:

"Abbas Bağırov 16 min deyir, 15 min manata gedir toya. Deyirlər, niyə baha gedir?. Başa düşmürlər ki, Abbasın dəstəsində respublikanın xalq artisti Ənvər Sadıqov var ki, Abbas qazandığı qədər pay götürür.

Elton 13 min manata ansambılla gedir, 15 minə orkestrlə. 15 minlik orkestrdə 15 musiqiçi var.

Röya bu gün yarım saata 6 min manata gedir bəzi yerlərə, sonra 7 minə getdiyi yerlər də var. Şəhər kənarına hətta 8 minə də gedir.

Zülfiyyə Xanbabayeva 6 minə gedir, aşağı yeri də var.

Sevda Yəhyayeva yarım saatı 3 minə gedir.

Günay İbrahimli 4 min desə də 3 minə yeri var. 

Müğənnilər bunu gizlətməsinlər. Amma elə müğənni var ki, toya 200 manata gedir, efirdə çıxıb deyir ki, "Toya 2 min manata gedirəm"".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений